MN: Azərbaycan hərbçisi su kanalında boğulub

Foto: Müdafiə Nazirliyi

Nazirlik hadisənin səbəblərinin araşdırıldığını deyir

Azərbaycan Ordusunun hərbi qulluqçusu Elvin Eyvazovun Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq həyatını itirdiyi bildirilir.

Müdafiə Nazirliyi məlumatı Meydan TV-yə təsdiqləyib.

Nazirlik bildirib ki, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Elvin Eyvazovun Samur-Dəvəçi-Abşeron su kanalında boğulması ilə bağlı araşdırma aparılır.

Meydan TV Elvin Eyvazovun yaxınları ilə əlaqə saxlaya bilməyib.

Ana səhifəXəbərlərMN: Azərbaycan hərbçisi su kanalında boğulub