Mithun Çakraborti xəstəxanaya yerləşdirilib

Mithun Çakraborti. Foto: “indianexpres”

Aktyorun ciddi həkim nəzarətinə götürüldüyü bildirilir

Hind aktyoru Mithun Çakrabortinin işemik insult (beyin infarktı) keçirdiyi bildirilir.
73 yaşlı aktyorun döş qəfəsində şiddətli ağrılar səbəbilə fevralın 10-da Kəlküttə şəhərindəki “Apollo” hospitalına yerləşdirildiyi deyilir.

Xəstəxanadan bildirilib ki, hazırda aktyorun şüuru tam yerindədir, hərəkəti sərbəstdir.

O, hazırda nevroloq, kardioloq və qastroenteroloq da daxil olmaqla həkimlər qrupu tərəfindən nəzarətə götürülüb.

Mithun Çakraborti 350-dən çox filmə çəkilsə də, “Disko rəqqası” filmindəki Cimi obrazı ilə tanınıb.

Ana səhifəMədəniyyətMithun Çakraborti xəstəxanaya yerləşdirilib