“Mission Impossible 7” filminin çəkilişləri koronovirisa görə dayandırıldı

Aktyorların və çəkiliş qrupunun təhlükəsizliyi ilə əlaqədar dayandırılan çəkilişlər üç həftə ərzində Venesiyada davam etdirilməli idi.

Source: Foto: Lenta.ru


Çəkilişlərin təxirə salınmasının premyera tarixinə təsir edəcəyi ilə bağlı heç bir məlumat bildirilməyib


“Mission Impossible 7”

filminin İtaliyada nəzərdə tutulan çəkilişləri ölkədə koronavirusun yayılması ilə əlaqədar dayandırılıb.

Tom Kruzun baş rolda oynadığı filmin premyerası bu il iyulun 23-də baş tutmalı idi.

Aktyorların və çəkiliş qrupunun təhlükəsizliyi ilə əlaqədar dayandırılan çəkilişlər üç həftə ərzində Venesiyada davam etdirilməli idi.

Çəkilişlərin təxirə salınmasının premyera tarixinə təsir edəcəyi ilə bağlı heç bir məlumat bildirilməyib.

Fevralın əvvəlində koronovirusun Çin kino sənayesinə ağır zərbə vurması xəbəri dünya mətbuatında yer almışdı. Çin İctimai Radio və Televiziya Təşkilatları Federasiyasının Kinematoqrafiya Komitəsi koronavirusun yayılması səbəbiylə ölkədə bütün filmlərin və serialların çəkilişinə qadağa qoyub.

İtaliyanın 12 şəhərində koronovirusla əlaqədar olaraq karantin elan edilib.

Milan şəhərinin yerləşdiyi Lombardiya və Venesiya şəhərinin yerləşdiyi Veneto vilayətlərində təcili təhlükəsizlik tədbirləri keçirilib.

Son məlumatlara görə, İtaliyada virusa yoluxanların sayı 200 nəfəri keçib.

Ana səhifəMədəniyyət“Mission Impossible 7” filminin çəkilişləri koronovirisa görə dayandırıldı