Mirmövsüm ağa ziyarətgahında

Ağa Seyid Əli Mir Əbu Talib oğlu Mir Mövsümzadə – el içində Mir Mövsüm ağa yaxud “Ətağa” kimi tanınır

Source:
Pilgrims pray
Pilgrims pray

Ağa Seyid Əli Mir Əbu Talib oğlu Mir Mövsümzadə – el içində Mir Mövsüm ağa yaxud “Ətağa” kimi tanınır. Amma qohumlarının dediyinə görə, o, hələ sağlığında “Ətağa” sözünü sevməyib. Hələ sağlığında insanların pənah gətirdiyi bir insan olan Mirmövsüm ağa vəfat etdikdən sonra da İçərişəhərdəki evi və Mərdəkandakı məzarı ziyarətgah kimi fəaliyyət göstərməyə başlayıb.

Məlumatlara görə, 1950-92-ci ildə məzar baxımsız vəziyyətdə olduğundan Hacı Nizam, Hacı Tahir və Hacı Şəmşir adlı Şüvəlan sakinlərinin köməyi ilə məzar yenidən qurulur. O vaxtdan bu günə ziyarətgaha gələnlərin ardı-arası kəsilmir. Ziyarətgahda namaz qılmaq üçün məscid, qurban kəsmək üçün yerlər, uzaqdan gələnlər üçün istirahət yerləri mövcuddur. Bundan başqa, ziyarətgahda qan bankı da fəaliyyət göstərir ki, könüllü donorlar bu ziyarətgaha gələrək qan verə bilirlər.

Bu yazı cəhaləti irəli çəkmək deyil, Mirmövsüm ağa haqqında məlumatlandırmaq xarakteri daşıyır.

View of Mirmovsum Agha pilgrimmate site from afar
Mirmövsüm ağa ziyarətgahının ümumi görünüşü
Entrance to the site
Mirmövsüm ağa ziyarətgahının giriş hissəsi
View of the site from the courtyard
Ziyarətgahın çöldən görünüşü
Mir Movsumzade and his sister, Sekine, were burried together
Ağa Seyid Əli Mir Əbu Talib oğlu Mir Mövsümzadə və bacısı Səkinə xanım məzarının ümumi görünüşü
View of their burial site from above
Ağa Seyid Əli Mir Əbu Talib oğlu Mir Mövsümzadə və bacısı Səkinə xanım məzarının ümumi görünüşü
A pilgrim reads from the Quran
Cavan oğlan ziyarətgahda Quran oxuyur
The first floor is intended for visitation by women
Ziyarətgahın birinci mərtəbəsi qadınlar üçün nəzərdə tutulub
Women coming to the site for prayer
Ziyarətgaha gələn qadınlar dua edərkən
Ana səhifəFotoreportajMirmövsüm ağa ziyarətgahında