Milli Şuranın ”Monarxiyaya YOX” mitinqindən FOTOREPORTAJ

Sentyabrın 17-də Milli Şura “Məhsul” meydanında “Monarxiyaya YOX” adlı keçirdiyi mitinqdən fotoreportaj.

Source:

Demokratik Qüvvələrin Milli Şurası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) mitinq keçirib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqə Milli Şura və digər müxalifyönümlü təşkilatların nümayəndələri qatılıb.

Aksiyada Milli Şurada təmsil olunan AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Koordinasiya Mərkəzinin üzvləri İbrahim İbrahimli, Rövşən Əhmədli, AXCP-nin sədr müavini Gözəl Bayramlı çıxış ediblər. Onlar çıxışlarında əsasən hakimiyyətin konstutisiyaya edəcək dəyişikliklərini, siyasi-iqtisadi gedişatını tənqid ediblər.

Sonda mitinqin qətnaməsi oxunub. Mitinq bitdikdən sonra polislə mitinq iştirakçıları arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı jurnalistlərlə bəraəbr 30-a yaxın iştirakçı saxlanılıb.

Ana səhifəFotoreportajMilli Şuranın ”Monarxiyaya YOX” mitinqindən FOTOREPORTAJ