Yığma komanda Slovakiyaya məğlub olub
Azərbaycan milli komandası sentyabrın 8-də UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Fernandu Santuşun baş məşqçisi olduğu komanda səfərdə Slovakiya yığması ilə üz-üzə gəlib.
Koşitse şəhərində keçirilən oyun saat 20:00-da start götürüb. Qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan yığması UEFA Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç millisinə 1:3 hesabı ilə məğlub olmuşdu.