“Meta” minlərlə işçini ixtisar etməyi planlaşdırır

“Meta” şirkəti. Foto: Sergei Elagin/shutterstock

Şirkətin reklam gəlirlərində azalma olduğu bildirilir

“Facebook” və “Instagram” sosial şəbəkəsinin təsisçisi “Meta” şirkəti bu həftə minlərlə işçini ixtisar etməyi planlaşdırır.

“Bloomberg” yazır ki, dünyanın ən böyük sosial şəbəkə şirkəti daha səmərəli təşkilat olmaq üçün noyabrda 13 faiz azalma ilə yanaşı, bəzi iş yerlərinin ləğvinə və avtomatik işçi ixtisarına gedib.

Şirkət ilk ixtisar mərhələsində 11,000 işçi ilə sağollaşıb.

Şirkət yenə də əhəmiyyətsiz hesab etdiyi işləri və komandaları ixtisar etməyə hazırlaşır.

Şirkətdə çalışan və adının açıqlanmasını istəməyən mənbələrin sözlərinə görə, son zamanlar şirkətin reklam gəlirlərində azalma var. Odur ki, şirkət diqqətini metaverse adlı virtual reallıq platformasına çevirib. Ona görə də direktorlardan və vitse-prezidentlərdən ixtisar edilə biləcək işçilərin siyahısını hazırlamağı xahiş edib.

Meta sözçüsü bu barədə danışmaqdan imtina etsə də, çalışanlar bildirib ki, ixtisarın bu mərhələsi gələn həftə yekunlaşa bilər.

“Noyabr ixtisarları sürpriz oldu, lakin “Meta”da bu, gözlənilən idi”, – deyən Mark Zukerberq 2023-cü ili “Meta”nın “səmərəlilik ili” adlandırıb.

Ana səhifəDünya“Meta” minlərlə işçini ixtisar etməyi planlaşdırır