”Mərdlər məkanı” Mərdəkanda…

Bakının Mərdəkan kəndi paytaxtdan təxminən 25 km aralıqda yerləşir

Source:

Bakının Mərdəkan kəndi paytaxtdan təxminən 25 km aralıqda yerləşir. Adı “Mərdlər məkanı” ilə tərcümə olunan kənd tarixi abidələri ilə zəngindir. Abidələrdən 13-14-cü əsrə aid dörkünc Mərdəkan Qalası bu vaxta kimi qorunub saxlanılıb.

22 metr hündürlüyü olan qala 6 otaqdan ibarətdir ki, həmin otaqların əsaslı təmirə ehtiyacı var. Hələ o zamandan abidənin tikintisində balıqqulağı, əhəng, keçi, dəvə yunu, yumurta və torpaqdan istifadə olunub. Qalanın sonuncu mərtəbəsində Bakı kəndlərinin bəzilərini belə görmək mümkündür. Ramana, Bilgəh, Nardaran, Buzovna, Qala, Pirallahı, Şüvəlan, Şağan və s. Hələ o vaxtdan qalanın ətrafında müxtəlif məhsul və ərzaq saxlamaq üçün quyular qazılıb ki, həmin quyular da bugünə qədər qorunub saxlanılır.

Turistlər daha çox yaz və yay fəsillərində Mərdəkan Qalasını ziyarətə gəlirlər. Qala ətrafında müxtəlif tarixi daşlar və fiqurlara da rast gəlmək mümkündür. Hər bir kənd sakininin həyətində qazıntılar apararkən müxtəlif tarixi abidələrə rast gəlmək mümkündür ki, bunu da sakinlər könüllü olaraq gətirib qalanın ətrafına qoyurlar.

Mərdəkan Qalasına gedən yol
Mərdəkan Qalasına gedən yol
Dörd künc Mərdəkan Qalasının ümumi görünüşü

Qalanın girişində yazılmış yazı
Qalanın girişində yazılmış yazı
Qala 22 metr hündürlüyü olan qala 6 otaqdan ibarətdir

Keçmişdə bu quyularda ərzaq və müxtəlif məhsullar saxlanılırdı

Yerli əhalinin həyətlərindən qazıntılar zamanı üzərində müxtəlif ayələr həkk olunmuş daş kitabələr tapılıb, qalanın həyətinə gətirilib

Kənd sakinlərinin həyətlərindən tapılan uşaq başlı heykəl fiquru da qalanın həyətində saxlanılır

Qış fəslindən başqa digər fəsillərdə turistlər qalaya baxmaq üçün Mərdəkana gəlirlər

Qalanın içindəki mərtəbələri ayıran pilləkənli dəhliz

Qalanın 4-cü mərtəbəsinin ümumi görünüşü

Qalanın 3-cü mərtəbəsinin ümumi görünüşü

Turistlər Azərbaycan, Gürcüstan və Ermənistanı ziyarət etmək üçün xüsusi kitab alaraq tarixi abidələr və qoruqları gəzirlər

Qalanın sonuncu mərtəbəsində ”Tahirə və Vaqif” yazılmış yazı

Qalanın sonuncu mərtəbəsindən ümumi görünüş

Qalanın sonuncu mərtəbəsində Bakı kəndlərindən Ramana, Bilgəh, Nardaran, Buzovna, Qala, Pirallahı, Şüvəlanı görmək mümkündür

Ana səhifəFotoreportaj”Mərdlər məkanı” Mərdəkanda…