Məktəbdə döyülən şagird vəfat edib

Mənbə: Meydan.tv

Başlıq: Məktəbdə döyülən şagird vəfat edib

Məktəbdə döyülən şagird vəfat edib

Məktəbdə döyülən şagird vəfat edib

Şahnaz muğamı oxuyan 11-ci sinif şagirdi İlkin Lətifovun arzusu bu il Asəf Zeynallı adına musiqi kollecinə qəbul olmaq idi. Amma oxuduğu Xəzər rayonu 123 nömrəli məktəbdə baş verən dava onu ölümə apardı. İlkinin valideyni Mehman Paşayev deyir ki, məktəbin direktoru əvvəlcə ona bildirib ki, oğlu futbol oynayarkən yıxılıb və ona görə xəstəxanalıq olub. Amma aparılan istintaq zamanı iki şagirdin İlkin Lətifovu döyməsi ortaya çıxıb.

Hadisədən sonra şagirdi Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına gətiriblər. Həkimlər bildirib ki, İlkinin ciyərləri zədələnib. O, əməliyyata götürülüb və bundan sonra 23 gün komada yatıb. 15 mart səhər saat 4 radələrində İlkin Lətifov vəfat edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.3-cü, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. İlkin Lətifovu döyməkdə ittiham edilən iki şagirdə qarşı həbs-qətimkan tədbiri seçilib. Onlar ifadələrində təsdiq ediblər ki, İlkini döyüblər. Valideyn övladının ölümündə 123 nömrəli məktəbin direktoru Vəli Hüseynlini, 3 saylı şəhər klinik xəstəxanasının Səbuhi və Kamil adlı həkimlərini günahkar bilir.

Məktəbin direktoru Vəli Hüseynli ilə əlaqə saxladıq. O, İlkin Lətifovun işində ittiham olunanları gizlətmək üçün onların valideynlərindən pul aldığını inkar edib.

Həkimlərlə bağlı ittihamları Səhiyyə Nazirliyi cavablandırmayıb. Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, prokurorluq işlə bağlı araşdırma apardığından onlar hadisə ilə bağlı şərh verə bilməzlər.

Əvvəllər oğlunun ifasına qulaq asıb qürurlanan ata, indi onun səsini eşitdikcə, yarımçıq qalan arzularını xatırlayır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0uwms1

Ən çox baxılan