Mədəniyyət nazirinin müavini Elnur Əliyevin saxlanıldığı deyilir (Yenilənib)

Mənbə: APA

DTX-nın nazirlikdə əməliyyat keçirdiyi deyilsə də, rəsmi açıqlama yoxdur

Saxlanılanlar arasında nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovin, Protokol şöbəsinin əməkdaşı Kamil Rzayevin də olduğu haqda məlumat var .

+++

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi bildirilir.

APA-nın məlumatına əsasən, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev saxlanılıb və istintaqa cəlb edilib.


Məlumatı Meydan TV-yə hüquq-mühafizə orqanlarındakı mənbəsi də təsdiqləyib.
Hələlik bu barədə rəsmi açıqlama yoxdur.


Elnur Əliyev 2021-ci il sentyabrın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Elnur Əliyev 1979-cu ildə Bakıda doğulub.


1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.


O, 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb.


2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.


2020-ci il avqustun 12-dən mədəniyyət nazirinin müşaviri vəzifəsində işləyib.


2022-ci il oktyabrın 26-da Hesablama Palatası dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı ciddi maliyyə pozuntularının aşkarlanmasına dair hesabat yayımlayıb.

Palata tövsiyə edirdi ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.


Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nın keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərMədəniyyət nazirinin müavini Elnur Əliyevin saxlanıldığı deyilir (Yenilənib)