Aktyor uşaq təhlükəsizliyi mövzusunda olan sammitdə iştirak edir
Amerikalı aktyor və BMT-nin xoşməramlı səfiri Maykl Duqlas Kiyevə səfər edib.
Bu barədə məlumatı Kiyev Şəhər Dövlət Administrasiyasının Turizm və Təbliğat Departamenti verib.
Duqlas oğlu Dilanla birgə Müqəddəs Andrey kilsəsinin fonunda şəkil çəkdirib.
Bildirilir ki, aktyor Ukrayna Prezidenti Volodimir Zelenskinin arvadı Yelena Zelenskayanın təşkilatçılığı ilə keçirilən “Birinci xanımlar və cənablar” Sammitində iştirak etmək üçün Ukraynaya gedib.
Yelena Zelenskayanın hər il təşkil etdiyi tədbir bu il sentyabrın 12-də Kiyevdə başlayıb.
Artıq ardıcıl dördüncü olan beynəlxalq tədbir 2024-cü ildə uşaq təhlükəsizliyi mövzusunu qaldıracaq.
Birinci paneldə müharibə zamanı uşaqların həyatından bəhs olunacaq.
Sammitdə dünyanın müxtəlif yerlərindən olan dövlət rəhbərlərinin xanımları və ekspertləri, eləcə də ukraynalı mütəxəssislərin bir araya gəldiyi deyilir.