”Manat müvəqqəti bahalaşacaq”

İqtisadçı – ekspert Samir Əliyev milli valyutanın məzənnəsi ilə bağlı gözləntilərini açıqlayıb

Source:


İqtisadçı – ekspert Samir Əliyev milli valyutanın məzənnəsi ilə bağlı gözləntilərini açıqlayıb

“Həm dünyada, həm də ölkədə baş verən proseslər manata müvəqqəti də olsa güvənlik verir. Neftin qiymətinin sabitləşməsi (40dollar civarında) və FED rəhbəri Canet Yelenin uçot dərəcələrini ehtiyatla qaldırmaq niyyəti haqqında açıqlaması dünyada dolların möhkəmlənməsini bir müddət ertələyib”.

Bunu iqtisadçı – ekspert Samir Əliyev Facebook səhifəsində  ABŞ Federal Ehtiyatlar Sistemi (FED) rəhbərinin uçot dərəcəsinin artırılmasına dair açıqlamasından sonra mümkün ola biləcək durumla bağlı gözləntilərini bölüşüb.

S.Əliyev qeyd edib ki, dolların əsas valyutalara münasibətdə ucuzlaşmağa başlaması manata xarici təzyiqi azaldır. O, həmçinin qeyd edib ki, Mərkəzi Bankın milli valyuta kütləsini azaltması nəticəsində banklar manat qıtlığı ilə üzləşib. Bunun nəticəsində də valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb: “Elə buna görə də manatın son günlər bahalaşması müşahidə edilir. Eyni zamanda vergi ödənişi dövrü yaxınlaşdığından xüsusilə iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirir. Ona görə də həm bazara əlavə dollar çıxarılıb, həm də manata ehtiyac artıb”.

Samir Əliyev
Samir Əliyev

Ekspert hesab edir ki, yaxın bir-iki həftə ərzində manatın dollar qarşısında mövqeyi güclənəcək və müəyyən qədər bahalaşacaq: “Hətta manatın  psixoloji həddi keçməsi də istisna olunmur. Ola bilsin ki, manatın dollara olan rəsmi məzənnəsi 1,5-ə qədər yüksəlsin. Hər bir halda bu bahalaşma müvəqqəti xarakter daşıyacaq və uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır”.

S.Əliyev manatın bahalaşmasının iqtisadi əsasının olmadığını, hazırda daha çox inzibati addımlardan dəstək aldığını qeyd edib. O, həmçinin bildirib ki, neftin bahalaşması hazırda milli valyutanın möhkəmlənməsini şərtləndirmir.

Ana səhifəXəbərlər”Manat müvəqqəti bahalaşacaq”