Luvr muzeyinə ilk dəfə qadın rəhbərlik edəcək

Böyüklüyünə görə dünyada üçüncü yeri tutur.

Source: Specify Source


Lorans de Kar sentyabrdan vəzifəsinin icrasına başlayır

Luvr muzeyinin tarixində ilk dəfə rəhbəri qadın olacaq.

Fransa Mədəniyyət Nazirliyinin saytında qeyd olunur ki, bu vəzifəni sentyabrın 1-dən etibarən Lorans de Kar icra edəcək.

1793-cü ildə açılan Luvr muzeyi Parisdə yerləşir. Böyüklüyünə görə dünyada üçüncü yeri tutur.

Muzey qədim kral sarayının binasıdır (Palais du Louvre). Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir və Fransada müxtəlif kolleksiya yığan insanların bir zamanlar şəxsi pullarıyla aldıqları çoxsaylı əsərlər də saxlanılır.

Ana səhifəMədəniyyətLuvr muzeyinə ilk dəfə qadın rəhbərlik edəcək