Lökbatan faciəsi ittihamları SOCAR-a yönəltdi

“Niyə tədqiqat aparılmadan, analiz olunmadan “Azəriqaz” İB-nin rəsmisi bəyan edir ki, qaza əlavə olunan odarantın miqdarı çox olub?” – deyə, Mirvarı Qəhrəmanlı sual etdi.

Source:

“Niyə tədqiqat aparılmadan, analiz olunmadan “Azəriqaz” İB-nin rəsmisi bəyan edir ki, qaza əlavə olunan odarantın miqdarı çox olub?”- deyə, Mirvarı Qəhrəmanlı sual etdi.

Mixail Zabenin “Azəriqaz”ı İttiham etdi

Martın 5-də Lökbatan qəsəbəsində səhər saatlarında qaz borularında təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılıb. Ancaq həmin gün saat   18-19 radələrində təmir işləri başa çatandan sonra qaz verilsə də, bu barədə əhali əvvəlcədən məlumatlandırılmayıb. Nəticədə Vilayət Əsgərov küçəsində 4 beşmərtəbəli buinanın sakinləri arasında 115 nəfər zəhərlənib və bir nəfər, Nataliya Məmmədova dünyaslnı dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı ilkin məlumata görə, zəhərlənən 115 nəfərdən  70-nə yerindəcə tibbi yardım göstərilərək evə buraxılıb: “45 nəfər Respublika Kliniki Tibbi Mərkəzin toksikologiya mərkəzinə çatdırılıb, onlardan 43 nəfəri hospitalizasiya olunub”. Amma nazirlik Nataliya Məmmədovanın qaz zəhərlənməsindən ölmədiyini iddia edib.


“Azəriqaz” əhalini məlumatlandırmayıb

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev “APA-Economics”ə bildirib ki, artıq dünənki hadisə ilə bağlı qurum tərəfindən araşdırmalar aparılıb: “Müəyyən edilib ki, qazın tərkibinə vurulan odorant maddəsi tam normaya uyğundur. Götürülən nümunələr laboratoriya şəraitində yoxlanılıb. Məlum olub ki, qəsəbəyə verilən qazın tərkibinə heç bir əlavə qatqılar vurulmayıb. Verilən qaz tam olaraq normalara uyğundur”. Zəhərlənənlərin rəsmi sayının 115 olduğuna gəldikdə, A.Ağayev deyib ki, buna əhalinin təşviş və stress içində olması səbəb olub: “Odorant adlanan maddə kəskin iy və qoxuya malikdir. Bu da normaya uyğun verilib. Bununla belə, “Azəriqaz” aparılan əlavə araşdırmalardan sonra hadisə ilə bağlı rəsmi məlumat yayacaq”. A.Ağayev əlavə edib ki, bu gün günorta saatlarında Lökbatan qəsəbəsinə qazın verilişi tam gücündə bərpa olunacaq.

Dövlət Neft Şirkəti faciə ilə bağlı yaydığı məlumatda bildirilir ki, mövcud normativlərə əsasən qaz sızmasının vaxtında aşkar edilməsi və itkinin qarşısının alınması məqsədi ilə “mavi yanacağ”ın tərkibinə vurulan kəskin qoxulu odarant maddəsinin təsirindən yaşayış binasının sakinlərində ürəkbulanma halları müşahidə olunub. Hadisə ilə əlaqədar ARDNŞ-də mütəxəssislərdən ibarət komissiya yaradılıb və araşdırma işlərinə başlanılıb. Hazırda komissiya tərəfindən baş vermiş kütləvi ürəkbulanma hallarının mümkün səbəbləri ilə əlaqədar bir neçə versiya üzərində iş aparılır. Komissiyanın yekun rəyi hazır olan kimi ictimaiyyət üçün açıqlanacaq”.

ARDNŞ öz açıqlamasına odarant maddəsi haqqında məlumat da əlavə edib. Məlumatda rus alimi M.V.Lazarovun 1954-cü ildə çapdan çıxmış kitabına (М.В.Лазарев, “Вредные вещества в промышленности” часть I. Ленинград, 1954) istinad olunub. Məlumatda göstərilir: “Nüfuzlu mütəxəssislərin rəyinə əsasən, odarant (metilmerkartan və onun homoloqu etilmerkaptan) qoxusu olmayan, insan orqanizminə və ətraf mühitə təhlükə yaradan, partlayış verə bilən qazların sızmasını tez müəyyən etmək üçün bu qazlara qarışdırılan qoxu verən maddədir. Odarantın qazlara qarışdırılması müəyyən qatılıqda aparılır. Məişətdə istifadə olunan təbii qaz qoxusuz olduğuna görə təhlükəsizlik baxımından bu qazlara qarışdırılan odarantlar (metilmerkartan və onun homoloqu etilmerkaptan) rəngsiz və kəskin iyli, havadan 1,7 dəfə ağır olan qazlardır. Yaşayış zonalarında odarantın havada buraxıla bilən qatılıq həddi 0,00001 mq/m3-dir. Bu maddənin havada konsentrasiyası 20 mq/m3 olduqda insan orqanizmi üçün heç bir təhlükəli təsiri yoxdur, zəhərlənmə yaratmır, sadəcə ürəkbulanma yarada, nəfəs yollarını qıcıqlandıra bilər. Odarantın insan orqanizminə ciddi təsiri halları qeydə alınmayıb. Bu maddə qaz yanarkən tam yanır”.


Deputat Səhiyyə Nazirliyini təkzib etdi

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Facebook səhifəsində “Azəriqaz” İstehsalat Birliyini ittiham edən suallarla və təkliflərlə çıxış edib. O, bildirib: “Saat 19.00-da 4 binaya qaz verilməsi dayandırılmışdı, niyə? Bu səbəbsiz ola bilməz. Qaz verilməsinin dayandırılması səbəbləri,sızma,təmir və s. ola bilər və bu əvvəlcədən elan olunmalıdır. Əhaliyə əvvəlcədən xəbərdarlıq olunubmu? Odarant qaza ümumiyyətlə qazpaylayıcı stansiyalarda qatılır, bu da ən azı bütün rayonu əhatə etməlidir və burdan belə nəticə alınır ki,adarand artıq qatılıbsa onda zəhərlənmə hadisəsi niyə yalnız 4 binada baş verir? Adətən bir hadisə baş verəndə, araşdırılma aparılmadan əvvəlcədən səbəbi cəmiyyətə açıqlanmır. Niyə tədqiqat aparılmadan, analiz olunmadan “Azəriqaz” İB-nin rəsmisi bəyan edir ki, qaza əlavə olunan odarantın miqdarı çox olub. O bunları hardan bildi? Qış fəslində 1000 m.kub. qaza 16 qram adarant qatılır, yayda isə 8 qram. Bunu o dəqiqə necə yoxlayıblar? Mənim şübhələrim: Ölkədə ciddi qaz itgisi var, bəlkə əhaliyə verilən qaza təmizlənməmiş səmt qazı qatılıb? Yoxlamağa ciddi ehtiyac duyulur. Səmt qazını bu rayona vermək asandır. Təklif: Əgər həqiqətən də baş verən hadisənin törənmə səbəblərini aydınlaşdırmaq istəyirsinizsə müstəqil mütəxəsislərə müraciət edin.Azəriqazda yüksək vəzifələrdə mütəxəsis qıtlığı olduğu üçün(əsasən qohum əqrabadır) problemin araşdırması üçün işdən qovduğunuz,yaxud da savad və bacarığı olub, lakin qohumu olmadığı üçün kiçik bir vəzifə tutan mütəxəsisləri prosesə cəlb edəsiniz?”.

Ərazidən deputat seçilən Mixail Zabenin Qafqazinfo-ya bildirib ki, Səhiyyə Nazirliyinin 115 nəfərin zəhərləndiyi haqda məlumatı düz deyil. Onun sözlərinə görə, 1 nəfər qaz zəhərlənməsindən ölüb. M. Zabenin “Azəriqaz” İB-nın məsuliyyət daşıdığını bildirib:

“Hər halda “Azəriqaz” düz etmədi, qaza odaranta çox vurub. Yaxşı olar ki, prokurorluq məsələni araşdırsın”.

Ana səhifəXəbərlərLökbatan faciəsi ittihamları SOCAR-a yönəltdi