LGBT təqiblərindən bir il sonrakı Azərbaycan

Azərbaycan cəmiyyəti cinsi azlıqlara qarşı heç vaxt tolerantlığıyla seçilməyib, lakin heç kim keçən il baş verən qəddar və kütləvi repressiyanı gözləməzdi.

Source:


“Azad edildikdən sonra qeyri-qanuni həbs və pis rəftarla bağlı 33 nəfər məhkəməyə müraciət etdi”

Azərbaycan cəmiyyəti cinsi azlıqlara qarşı heç vaxt tolerantlığıyla seçilməyib, lakin heç kim keçən il baş verən qəddar və kütləvi repressiyanı gözləməzdi. Zərərçəkmişlər – yüzdən az deyil; təhqir olunub, döyülüb və təcavüz ediliblər. Homoseksual olduğundan şübhələndikləri insanları şantaja məruz qoyublar və mərkəzi küçələrə çıxmağı qadağa ediblər. Meydan TV jurnalistləri keçən il polis şiddətinin mümkün ehtimallarını qaynar izləriylə

araşdırmışdı

.

İndi isə ötən il ərzində Azərbaycanda nə dəyişdiyini öyrənmək üçün bu mövzuya yenidən müraciət edirik.

“Sanki dəhşətli bir şey törətmişdim”

“Mən ümidsizlik içərisində idim. İyrənc həyat tərzim var idi: çox içirdim, narkotik istifadə edirdim”, – keçən ilin sentyabr ayını Əli (bütün adları şərtidir) belə xatırlayır. Onun sözlərinə görə, “iyrənc həyat tərzi” yaşananları bir müddətlik unutdurdu: bir çox digər azərbaycanlı homoseksuallar kimi Əli də Bakının mərkəzində reyd zamanı saxlanılıb. O, polis bölməsində bir neçə gün keçirib. Baş verənlər haqqında indi də danışmaq asan deyil – bütün sualları cavablandırarkən deyir ki, bir çoxunun vəziyyəti ondan daha pis idi. Məsələn, transgender qadınların:

“Onlar ancaq söyülüb-döyülmədilər, saçları keçəl qırxıldı, bu, onları hər şeydən çox alçaltdı”, – Əli danışır.

Əli öz cinsi kimliyini ictimailəşdirmirdi, lakin polis tərəfindən saxlanıldıqdan sonra ətrafdakılara da məlum olub.

“Mənə elə gəlirdi ki, sanki dəhşətli bir şey törətmişəm və buna görə məni təqib edirlər. Ev sahibi evdən çıxartdı, dostlarım və qohumlarım üz döndərdi”, – Əli xatırlayır.

Əli tədricən normal həyata qayıda bilib – iş axtardığı müddətdə ona kömək edən yaxşı insanlar da tapılıb.

Əlidən fərqli olaraq, saxlanılan digər homoseksual, Murad, müəyyən miqdar vəsaiti olduğu üçün ölkədən qaçmağı bacarıb. Murad polis bölməsindən sərbəst buraxıldıqdan dərhal sonra ölkədən çıxıb və indi Türkiyədə yaşayır: Norveçə köçmək istəyirdim, ancaq viza vermədilər”.

Bir il ərzindən Murad iş tapa bilməyib və görünən odur ki, evə qayıtmaq məcburiyyətində qalacaq.

“Əlbəttə, qorxuludur, qayıtmaq istəmirəm. İmkan olsaydı burda qalardım. Türkiyədə heç olmasa LGBT cəmiyyətləri var, onlar bir-birinə kömək edirlər”, – Murad deyir.


Dörd cəsur vəkil

Rəsmi məlumata görə, 2017-ci ilin sentyabr ayında Bakıda LGBT reydi zamanı 83 nəfər saxlanılıb.

“Azad edildikdən sonra qeyri-qanuni həbs və pis rəftarla bağlı 33 nəfər məhkəməyə müraciət etdi”, – “Minority Azerbaijan” insan haqları təşkilatı nümayəndəsi, yerli “Nəfəs” LGBT birliyinin üzvü Gülnarə Mehdiyeva Meydan TV-yə belə deyib. Gülnarənin sözlərinə görə, fiziki və mənəvi zərərdən əlavə, saxlanılanlara maddi zərər də dəyib:

“Onlar müxtəlif müddətlərə saxlanılıb, kimi 10, 15, kimi də 20, 30 gün cəza alım. Bir çoxu işini itirdi, çünki bu qədər fasilədən sonra işəgötürən onları geri götürməyi rədd etdi”, – Gülnara Mehdiyeva deyir.

Azad edildikdən sonra qeyri-qanuni həbs və pis rəftarla bağlı 33 nəfər məhkəməyə müraciət etdi.

LGBT zərərçəkmişlərin hüquqlarını müdafiə etməyə 4 vəkil razılaşdı. Onlardan biri, Səməd Rəhimlinin sözlərinə görə, hakimlər bütün şikayətləri rədd etdilər. Eyni 33 nəfər ərizəylə prokurorluğa müraciət etdi, lakin prokurorluq cinayətin tərkibini tapmadı.

Azərbaycanlı hüquq müdafiəçisi Kəmalə Ağazadə hesab edir ki, ölkə LGBT fərdlərə qarşı diskriminasiyanın qarşısının alınması haqqında qanunu qəbul etmədiyi müddətcə məhkəməyə müraciətlər heç bir nəticə verməyəcək:

“Cəmiyyətin, LGBT fərdlərin hüquqlarının qorunmasını təmin edəcək qanuna ehtiyacı var”, – o, deyib. Bəlkə də bu qanunun qəbul edilməsi üst-üstə dördüncü il

Avropanın ən homofob ölkəsi

olan Azərbaycanı bu liderlikdən xilas edə bilər.

Hücumlardan bir ay sonra, Avropa Şurası İnsan Haqları üzrə Müvəkkili Nils Mujnieks, Azərbaycanın daxili işlər nazirinə məktub göndərərək, “bir müddət əvvəl Bakıda saxlanılan və həbs edilən LGBT fərdlərə qarşı ciddi insan haqları pozuntularının ətraflı araşdırılmasına”

çağırıb

.

Azərbaycanın daxili işlər naziri Ramil Usubovun

cavab məktubunda

“cinsi azlıqların nümayəndələrinin hüquqlarının pozulması” ilə bağlı iddiaların heç bir əsası olmadığı bildirilir, həmin şəxslərin saxlanmasının məqsədi kimi isə “ictimai qaydanın, ictimai təhlükəsizliyin qorunması” göstərilir.

“Ümumən, Azərbaycanda bütün qrup insanların hüquqları heç bir məhdudiyyət olmadan təmin edilir və cinsi azlıqlarla bağlı respublikamızda mövcud olan vəziyyət əksər Avropa dövlətlərindəki vəziyyətdən fərqlənmir”, – məktubda deyilir.


Dörd intihar və beş qətl

“Minority Azerbaijan” jurnalının rəhbəri Səməd İsmayılov Meydan TV-ə bildirib ki, 2017-ci ildə Azərbaycanda dörd LGBT nümayəndəsi intihar edib. İsmayılov bildirib ki, bir il ərzində profil təşkilatları LGBT fərdlərə qarşı nifrətlə motivasiya olunan beş qətl hadisəsi qeydə alıblar. Onun sözlərinə görə, bu, orta illik rəqəmlərdir.

“Ancaq bunlar yalnız məlumat əldə edə bildiyimiz hadisələrdir. Əslində bu cür cinayətlər daha çoxdur”, – İsmayılov qeyd edib.

Onun sözlərinə görə, aktivistlər Azərbaycan LGBT cəmiyyətinin sayını təxmini də olsa müəyyən edə bilmirlər, çünki onların çoxu cinsi kimliyini gizlədir.

Səmədin sözlərinə görə, 2018-ci ildə Azərbaycanda geylərə qarşı heç bir genişmiqyaslı hücum baş verməyib, lakin son günlərdə bir neçə transseksual polisə düşüb:

“Bölməyə çağırıb, bir neçə sual verib, sonra da buraxıblar. Keçən il olduğu kimi, indi də bu marağın səbəbini başa düşə bilmirik”, – Səməd deyir.


“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəAnalitikaLGBT təqiblərindən bir il sonrakı Azərbaycan