Leyla Yunusun ofisindən kompyuterlərin yaddaş kartları götürülüb

Prokurorluq əməkdaşları hüquq müdafiəçisinin evində axtarış aparacaqlar

Source:

Aprelin 29-da, saat 19 radələrində Respublika Prokurorluğunun hüquq müdafiəçisi Leyla Yunusun ofisində apardığı axtarış başa çatıb. Ofisdən Arif Yunusun kitablarını, müxtəlif çap materiallarını, kompyuterlərin yaddaş kartlarını, o cümlədən Yunusların iştirakı ilə keçirilən konfranslardan materialları müsadirə ediblər.

Axtarışın yekunlarına dair protokol tərtib edilib.

Vəkil Xalid Bağırovun bildirdiyinə görə, yaxın saatlarda hüquq müdafiəçisinin mənzilində axtarış başlayacaq. KİV nümayəndələrinin cəhdlərinə baxmayaraq, Respublika Prokurorluğunun axtarış aparan rəsmiləri suallara cavab verməyib.

Ana səhifəXəbərlərLeyla Yunusun ofisindən kompyuterlərin yaddaş kartları götürülüb