Leyla Yunus və həyat yoldaşı saxlanılıb

Hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də axşamdan xeyli keçmiş Bakı Hava Limanında Qətərin Doha şəhərinə uçmaq istəyərkən saxlanılıb.

Source:


Hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də axşamdan xeyli keçmiş Bakı Hava Limanında Qətərin Doha şəhərinə uçmaq istəyərkən saxlanılıb.

Contact.az saytının yaydığı məlumata görə, sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər.

Amma Leyla və Arif Yunusu müşayət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini prpezident administrasiyasının müavini Novruz Məmmədovla danışdıqdan sonra, onları sərhəddən buraxmışlar. Amma, sonradan təyyarəyə minərkən yenidən saxlamışlar.

Leyla Yunus telefonla bildirmişdir ki, 4 nəfər mülkü geyimli şəxs videoçəkilişlə onları dindirmək istəyib, amma o vəkilsiz suallara javab verməkdən imtina edib.

Təxminən 23.30 onlara saxlanıldıqlarını bildiriblər. Onlara bildiriblər ki, əvvəl çantaları, sonra isə ofis və mənzillərində axtarışlar aparılajaq. Hava limanına vəkil Xalid Bağırov yollanıb

Ana səhifəXəbərlərLeyla Yunus və həyat yoldaşı saxlanılıb