Leyla və Arif Yunus Hollandiyaya gediblər (yenilənib)

Həkimi hüquq müdafiəçisinin səhhətinin pisləşdiyini deyib

Foto: Yunusların ailə arxivindən götürülüb
Leyla, Arif və Dinara Yunuslar
Leyla, Arif və Dinara Yunuslar


Həkimi hüquq müdafiəçisinin səhhətinin pisləşdiyini deyib

“Ali Məhkəmə ilə əlaqə saxladım. Dünən Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə kassasiya şikayətinin baxılıb və kassasiya şikayəti təmin edilərək Leyla Yunus və Arif Yunusun ölkədən çıxışına icazə verilib. Şikayətə təcili baxıldığı üçün məhkəmə baxışı barədə bizə məlumat verilməyib”.

Bu fikirləri öz Facebook profilində vəkil Elçin Sadıqov yazıb.

Niderland krallığının Xarici İşlər Nazirliyinin tələbi ilə Arif və Leyla Yunus aprelin 19-da Hollandiyaya aparılıblər və bir müddət orada qalacaqlar.

Bu barədə Hollandiyada yaşayan azərbaycanlı mühacir İsa Yusifov öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Holland XİN-in rəsmi açıqlamasında bildirilib ki, Leyla və Arif Yunus őzləri istədikləri qədər Hollandiyada qala bilərlər. Siyasi sığınacaq da műmkűn variantdır.

Meydan TV məsələ ilə bağlı Yunusların vəkili Elçin Sadıqovla əlaqə saxlayıb. Vəkil bildirib ki, martın sonunda hər iki şəxsin ölkədən müvəqqəti çıxışına icazə verilməsilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verilib: “Ali Məhkəmədən işə baxılmasıyla bağlı mənə məlumat verilməyib. Məsələni məhkəməylə dəqiqiləşdirməyə çalışacam”.

Vəkil onu da deyib ki, bir neçə gün öncə Leyla Yunusun həkimi Kristian Vitt Bakıda olub. O, Leyla Yunusun səhhətinin kəskinləşdiyini, vəziyyətinin ağır olduğunu bildirib.

Leyla və Arif Yunusların Hollandıya səfərini nos.nl saytı da (

http://nos.nl/artikel/2100111-azerbeidzjaanse-mensenrechtenactivisten-naar-nederland-gehaald.html

) işıqlandırıb.

Ötən ilin avqustunda Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Arif Yunus noyabrın 12-də, Arif Yunus isə dekabrın 9-da məhkəmə zalından şərti azadlığa buraxılıblar.

Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilirdi.

Ana səhifəXəbərlərLeyla və Arif Yunus Hollandiyaya gediblər (yenilənib)