Material original olaraq
Caucasian Knot
saytında dərc olunub.
Bakıdan 200 km məsafədə dağlıq ərazidə yerləşən Laza kəndi çoxsaylı dağ şəlalələri ilə məşhurdur. Ən tanınmışı Muçuq şəlaləsidir. Martın sonu qar əriyir və dağ axınları şəlalələri doldurur. Bu da öz növbəsində turistlətin axınını çoxaldır. Dağın gözəlliyinə tamaşa etmək istəyənləri yerləşdirmək üçün, bir çox kəndlilər – burada isə əksəriyyət etnik ləzgilərdir, – öz həyətlərində turistlər üçün kotteclər inşa ediblər. Dekabrın ortasından hava şəraitindən asılı olaraq Lazanı ziyarət etmək çətinləşir. Amma təşəbbüskar yerlilər bu problemdən də pul qazanmağı öyrənib: turistlərə yerli şəraitə uyğunlaşdırılmış off-road avtomobillərlə transfer təklif edirlər.
Fotoreportaj: Əziz Kərimov