Kürdəmirdə ictimai fəal sosial şəbəkədə yazdığı statusa görə həbs edilib

Mövsüm Məmmədov – Foto: Şəxsi Facebook səhifəsi

Fevralın 4-də Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə ictimai fəal Mövsüm Məmmədov sosial şəbəkədə yazdığı statusa görə 30 sutka həbs edilib.

Prosesə hakim Xaliq İbrahimov sədrlik edib.

Mövsüm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (informasiyanın istifadə edilməsi, yayılması və mühafizəsi) maddəsi ilə ittiham edilir.

Bu barədə dostları Qəzetçiyə məlumat verib.

Onların sözlərinə görə, Məmmədov fevralın 2-də sosial şəbəkədə polisə aparılması ilə status paylaşıb. Daha sonra onun polisə getməsi ilə bağlı olan və başqa tənqidi statusları silinib.

Bildirilir ki, Məmmədovla əlaqə saxlamaq mümkün olmayıb. Onun saxlanma şəraiti və saxlanıldığı yer barədə yaxınlarına məlumat verilməyib.

Mövsüm Səmədov sosial şəbəkələrdə mövcud hakimiyyəti kəskin tənqid etməsi, Kürdəmir rayonunun problemləri ilə bağlı yazıları ilə tanınırdı. 

Ana səhifəSiyasətKürdəmirdə ictimai fəal sosial şəbəkədə yazdığı statusa görə həbs edilib