Kşiştof Kieslovski | Kimdir O Əjdaha ?

Kşiştof Kieslovski (1941-1996), beynəlxalq nüfuza malik polşalı ssenarist və rejissordur. ‘Dekaloq’ və ‘Üç rəng’ trilogiya filmləri ona dünyaca məşhurluq qazandırıb.

Source:



Kşiştof Kieslovski (1941-1996), beynəlxalq nüfuza malik polşalı ssenarist və rejissordur. ‘Dekaloq’ və ‘Üç rəng’ trilogiya filmləri ona dünyaca məşhurluq qazandırıb.

Optimizm mənim üçün günəşin çıxmasını izləməyə gedən, qol-qola girmiş iki sevgilidir.

Dünyanı təsvir etməkdə bir zərurət, bir ehtiyac var idi – hansı ki bizim üçün çox həyəcanverici idi. Kommunist dünyası lazım olduğu kimi təsvir olunub, həqiqətən olduğu kimi yox. Əgər bir şey təsvir olunmayıbsa, deməli rəsmi olaraq o mövcud deyil. Onu təsvir etməyə başladığımız andan etibarən isə biz onu həyata qaytarırıq.

Hər şey təsvir oluna bilməz. Bu sənədli filmin böyük problemidi. O elə bil öz tələsinə düşür. Əgər mən sevgi haqqında film çəkirəmsə, mən həqiqətən sevişən iki insanın yataq otağına girə bilmərəm. Mən onu anladım ki, sənədli film çəkəndə, nə qədər bir adama yaxınlaşmaq istəyirəmsə, o qədər məni maraqlandıran şey özünü bağlayır.

Yəqin ki, elə ona görə də mən bədii filmə keçdim. Orda bu cür problemlər olmur. Mən istəyirəm ki bir cütlük yataqda sevişsin, heç bir problem yoxdu. Əlbəttə, büstqalterini çıxarmaq istəyən bir aktrisa tapmaq çətin ola bilər, amma gec-tez axırda birini tapırsan…Mən hətta qliserin də alaram, gözünə bir-iki damcı tökürsən və aktrisa artıq ağlayır. Mən bir neçə dəfə həqiqi göz yaşlarını çəkmişəm. Bu tamam fərqli bir şeydir. Amma indi artıq gliserinim var. Mən həqiqi göz yaşlarından qorxuram. Heç bilmirəm mənim ümumiyyətlə həqiqi göz yaşlarını çəkməyə haqqım varmı. Bu cür vəziyyətlərdə özümü elə hiss edirəm, sanki sərhədlərdən dışarıda bir sahədəyəm. Sənədli filmlərdən ayrılmağımın əsas səbəbi budur.

Həs bir insanda sirrlər, məxfi zonalar var.

Televiziya sənayesi dünyanın mürəkkəbliyini görməyi sevmir. O sadə reportajlara üstünlük verir, sadə idealarla: bu ağdır, bu isə qaradır; bu yaxşıdır, bu isə pisdir…

Dərin köklü etiqaddan yola çıxaraq, əgər mədəniyyət xatirinə nə isə etməyə dəyərsə, o da elə mövzulara və vəziyyətlərə toxunmaqdır ki, hansı ki insanları bir-birinə bağlayır, insanları bölmür. İnsanları bölən yetəri qədər şeylər var dünyada, din, siyasət, tarix və millətçilik kimi. Əgər mədəniyyət nəyəsə qadirdisə, o da bizim hamımızı birləşdirən dəyərləri tapmasıdır. Və insanları birləşdirən o qədər şeylər var ki. Fərqi yoxdu sən kimsən yaxud mən kiməm, əgər sənin dişin ağrıyırsa ya da mənim, hər bir halda bu eyni ağrıdır. İnsanları bir-birinə bağlayan hisslərdir, çünki ‘sevgi’ sözünün mənası hamı üçün eynidir. Ya da ‘qorxu’, və yaxud ‘əzab’. Biz hamımız eyni cür və eyni şeylərdən qorxuruq. Və hamımız da eyni cür sevirik. Ona görə də mən bu cür şeylər haqqında danışıram, çünki qalan başqa şeylərdə mən bölünmə görürəm.

Bəlkə də bilinməyəni araşdırmağa dəyər, yalnız ona görə ki bilməmək hissi çox ağrılı bir hissdir.


Məsələn mən obyektivlər haqqında, montaj otağı haqqında çox şey bilirəm. Kameranın üstündəki cürbəcür düymələrin nə işə yaradığını bilirəm. Azdan çoxdan mikrofondan istifadə etməyi bacarıram. Mən bütün bunları bilirəm, amma bu həqiqi bilik deyil. Həqiqi bilik necə yaşamağı, nə üçün yaşamağı bilməkdir.

Mən təsadüfi görüşləri sevirəm – həyat onlarla doludur. Hər gün, bunun fərqində olmadan, tanımalı olduğum insanların yanından keçib gedirəm. Bu an, bu kafedə, bizə yad adamların yanında oturmuşuq. Hər kəs durub, öz yolu ilə gedəcək. Və onlar bir daha görüşməyəcəklər. Görüşsələr belə, bilməyəcəklər ki bu ilk dəfə deyil.

Düzünü desəm, mənim işlərimdə, sevgi həmişə elementlərə müxalifdir. O dilema yaradır. O əzab gətirir. Biz onunla yaşaya bilmirik, və biz onsuz da yaşaya bilmirik. Mənim işlərimdə sən nadir hallarda xoşbəxt sonluq tapa bilərsən.

Polşada biz deyirik ki, ‘Hər kəs başqalarından daha bərabər olmaq istəyir’. Bu bir məsəldir. Və bu onu göstərir ki, bərabərlik mümkün deyil: bu insan təbiətinə ziddir. Kommunizmin çöküşüdür. Amma bu gözəl sözdür və hər bir cəhd bərabərliyi qaytarmağa kömək etməlidir… bilərək ki, biz buna heç vaxt nail olmayacayıq – nə yaxşı ki. Çünki əsl bərabərlik axırda konsentrasiya düşərgələrinin qurulmasına gətirib çıxardır.

Ana səhifəXəbərlərKşiştof Kieslovski | Kimdir O Əjdaha ?