“Kişiləri tutsunlar, qadınlar mitinq eləyər”

Əsli Mirələmli yoldaşı, AXCP – nin Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmlinin həbsinə alışıb. Bu dəfə şöbə sədrinə 15 sutka həbs verilib. Əsli Mirələmli ərinin hansı səbəblə həbs edildiyini bilmir. Həbsin 10 martda Cəlilabad rayonunda keçiriləcək aksiya ilə bağlı olduğu deyilir. Qadın isə yoldaşının bu barədə onunla danışmadığını deyir.

“Səhər evdən çıxıb işə gedib. Saat 3-də evə gəldi. Dedi ki, Vasifə (T.Mirələmlinin 8 il həbs cəzası alan oğlu red.S.V.) görə narahatdır. Oğlum həftədə iki dəfə zəng edirdi, bu dəfə zəng eləməmişdi. Bir az uzandı sonra dedi ki, yenə darıxıram, küçəyə çıxdı. Axşam 7-də cəbhəçi Məmməd İbrahim zəng elədi ki, Təzəxanı tutublar”-Əsli Mirələmli deyib.

AXCP üzvü Elnur Məcidlinin də evinə polis gəlib. Amma o qapını açmayıb. Mülki geyimli şəxs bir neçə dəqiqə həyətdə gözlədikdən sonra oradan uzaqlaşıb. Elnur Məcidli hesab edir ki, onu da həbs təhlükəsi gözləyir. “Həbslər sifarişlidir. Əgər sifariş varsa, mən harada oluramsa olum məni tuta bilərlər. Ola bilər ictimai qınaq oldu deyə bu dəfə geri çəkildilər. Amma hər şey ola bilər. Həbsimi gözləyə bilərəm”-E.Məcidli deyib.

AXCP-nin Ali Məclisinin sədri Həsən Kərimov partiya üzvlərinə verilən ittihamları saxta hesab edir. O güman edir ki, həbslər Xocalının anım günündə polislə yaranan mübahisəyə görədir. “Hakimiyyətin bu həbsləri edəcəyini gözləyirdik. Mənə elə gəlir ki, bu dalğa hələ davam edəcək. Gənclərin gözünü qorxutmaq, gəncləri siyasi proseslərdən kənarda qoymaq bu hakimiyyətin seçdiyi praktikadır”.

AXCP-nin 5 üzvünə sutkalıq həbslər verilib. Cəbhənin Gənclər Komitəsinin sədri İlham Hüseyn, partiyanın sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənov, Tofiq Dadaşov, Cabbar Savalanlı müxtəlif ittihamlarla həbs edilib. Tofiq Dadaşov 4 martda azadlığa buraxılıb.

Ana səhifəVideo“Kişiləri tutsunlar, qadınlar mitinq eləyər”