Kəndlərdə qış sərt keçir

Quba – Xınalıq yolunun üstündə yerləşən kəndlərin qış ayları daha sərt keçir

Source:

Quba – Xınalıq yolunun üstündə yerləşən kəndlərin qış ayları daha sərt keçir. Bəzi kəndlərə təbii qaz verilsə də, evləri isitmək kəndliyə baha başa gəlir. Ona görə də həm qazdan, həm də odundan istifadə edirlər.

Kəndlilərin əsas problemi işsizlikdir. Dediklərinə görə, iş tapmayan gənclərin çoxu kəndləri tərk edib, ya Rusiyaya, ya da Bakıya üz tutur. Kənddə qalanlar isə əsasən maldarlıqla məşğul olur, yaxud şəhər bazarında iş tapmağa çalışırlar. Son illər maldarlıqla məşğul olmaq da kəndli üçün müşkülə çevrilib. Ətraf ərazilərin müxtəlif ticarət obyektlərinə çevrilməsi və torpaqların satılması otlaq sahələrini xeyli azaldıb.

Yay aylarında yerli və az da olsa xarici turistlərin gəlməsi insanların da güzəranına müsbət təsir edir. İsti aylarda yol kənarında müxtəlif toxumalar, əl işləri, meyvə-tərəvəz satıb qazanc əldə edə bilirlər. Eyni zamanda istirahət mərkəzləri daha aktiv işləyir və yerli sakinlər üçün iş imkanı bir az artır. Bu da, təbii ki, mövsümi xarakter daşıyır.

Ana səhifəFotoreportajKəndlərdə qış sərt keçir