Kəlağayısı ilə tanınan kənd

İsmayıllının Basqal kəndini məşhur və zəngin edən onun ipəyi və kəlağayısı olub

Source:
Abbasəli Talıbov uşaqlıqdan kəlağayı işi ilə məşğuldur.  Deyir: Gözümü açandan evimizdə kəlağayı hazırlayanları görmüşəm

İsmayıllının Basqal kəndini məşhur və zəngin edən onun ipəyi və kəlağayısı olub. 1993-cü ildən burada kəlağayı sexi fəaliyyət göstərsə də, sonradan sex fəaliyyətini dayandırıb. Hazırda bir neçə Basqal sakini toplaşıb kiçik bir sex yaradaraq sakinlərin işləməsinə, kəlağayını növbəti nəsillərə ötürməsinə yardımçı olurlar.

Sexdə çalışan Abbasəli Talıbov deyir ki, əsl ipəyi tanımaq üçün onu yandırmaq lazımdır. “Əgər yanıb qurtarandan sonra toz halına gələcəksə, deməli, əsl ipəkdir. Digər hala gələnlər isə ipəyə edilmiş qatqılardır ki, bu da əsl ipək sayılmır”.

Bir kəlağayı bir neçə dəfə rənglənməyə göndərilir. Naxışından asılı olaraq 3 gündən 1 həftəyə qədər hazırlamaq olar. Elə buna görə hazırladığımız kəlağayılar digər baş örtüklərinə nisbətən baha satılır. “40-70 manat arası dəyişir” – deyir Abbasəli Talıbov.

Basqalda kəlağayı sexi bağlandıqdan sonra bir neçə kənd adamı kiçik sex yaradaraq kəlağıyını istehsal etməyə başlayıblar

Sexin kiçik olmasına baxmayaraq, bir gündə 4-5 kəlağayı hazırlanır

Abbasəli yeni hazırlanacaq kəlağayıya naxışlar vurur

Bir kəlağayını tam hazırlamaq üçün 2-3 gün vaxt tələb olunur

Hazırlanmış kəlağayılar xüsusi hazırlanmış rənglərlə rənglənir

Hazırlanan kəlağayılara müxtəlif bəzəklər vurularaq qurumağa qoyulur

Kəlağayıların üzərinə bəzək vurmaq üçün buta formalı möhür

Bir çox insan Basqaldakı sexə müraciət edərək, kəlağayı sifariş verir

Nizami Məmmədov bu sənətin babasından keçdiyini deyir və bundan sonra da bu işin davam olunmasını istəyir

Ana səhifəFotoreportajKəlağayısı ilə tanınan kənd