Kabil hava limanında 5 nəfərin öldüyü bildirilir

“Onların atəş nəticəsində və ya izdihamda öldüyü məlum deyil”

Source: Getty images


"Onların atəş nəticəsində və ya izdihamda öldüyü məlum deyil”

Kabil hava limanında 5 nəfərin öldüyü bildirilir.

"Reuters"

yazır

ki, həmin adamların atəş nəticəsində, yaxud izdihamda öldüyü hələlik bəlli deyil.

Agentlik xəbəri şahidlərə istinadən yazıb.

Bildirir ki, həmin şəxslər Əfqanıstanın paytaxtını tərk etmək üçün Kabil hava limanına axın edənlərdəndir: “Şahidlərdən biri bildirib ki, ölən beş adamın cəsədlərinin avtomobilə mindirildiyini görüb. Başqa biri deyir ki, onların atəş nəticəsində və ya izdihamda öldüyü məlum deyil”.

Avqustun 15-də ABŞ əsgərlərinin Əfqanıstandan çıxmasından sonra Taliban silahlı birlikləri ildırım sürətilə paytaxt Kabilə doğru hərəkət edib.

Onlar avqustun 15-də Kabilə girib və bir neçə saat ərzində tərk edilmiş prezident sarayını ələ keçiriblər.

ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması əmrini verən Joe Biden hələ də müharibə şəraitində olan ölkədə böhranın artması ilə bağlı sosial mediada heç bir rəsmi açıqlama verməyib.

Amerikada yaşayan əfqanıstanlılar Ağ Evin qarşısına toplanıb etiraz ediblər. Onlar Baydenə “bizə xəyanət etdin”, – deyə səsləniblər.


Yardıma ehtiyacı olanlar

BMT-nin Baş katibi Antonio Quterres Talibanı və digər tərəfləri əfqanların həyatını qorumaq, humanitar yardımın çatdırılmasını təmin etmək üçün “maksimum təmkin” göstərməyə səsləyib.

Əfqanıstandakı münaqişə bu il 550 min nəfərdən çox insanı evindən didərgin salıb. Buna qədərsə 18.4 milyondan artıq insanın yardıma ehtiyacı vardı. OCHA kimi tanınan BMT-nin humanitar ofisi bildirib.

Prezident Əşrəf Qaninin hazırda hansı ölkədə olması bəlli deyil. O, altı milyon əhalisi olan Kabili tərk etməsini böyük humanitar fəlakəti önləmək istəyi ilə izah edib.

Əfqanıstan hökumətindəki mənbələrin AzadlıqRadiosu-na (RFE/RL)

deməsinə

görə, Qani Tacikistan paytaxtı Düşənbəyə uçub. Tacikistan Xarici İşlər Nazirliyi isə avqustun 16-da onun təyyarəsinin ölkənin “hava məkanına daxil olmadığını” bildirib.

Bəzi məlumatlara görə, Qani Özbəkistana gedib.

ABŞ Departamentinin sözçüsü Ned Prays isə deyib ki, “səfirlik əməkdaşlarının təhlükəsiz evakuasiyası” tamamlanıb.

Onlarla hökumət Əfqanıstandakı bütün tərəflərdən xarici vətəndaşların və ölkədən çıxmaq istəyən əfqanların çıxışına “hörmətlə yanaşmağa və bunu asanlaşdırmağa” çağırıblar. Bir sıra ölkələr vətəndaşlarını çıxarır, Əfqanıstandakı səfirliklərini bağlayırlar.

60-dan çox ölkənin birgə bəyanatında Əfqanıstanda “təhlükəsizlik vəziyyətinin pisləşdiyi” qeyd olunur: “Əfqanıstanda hakimiyyət və səlahiyyət sahibi olanlar insan həyatı və əmlakının qorunması, təhlükəsizlik və ictimai nizamın bərpası üçün məsuliyyət və hesabatlılıq daşıyırlar”, – bəyanatda vurğulanır.

ABŞ Dövlət Departamentinin vebsaytında yer almış bəyanatda isə deyilir: “Yollar, aeroportlar və sərhəd keçidləri açıq qalmalı, sakitlik təmin olunmalıdır”.

“Əfqan xalqı təhlükəsizlik və şərəflə yaşamağa layiqdir. Beynəlxalq ictimaiyyət olaraq biz onlara kömək etməyə hazırıq”, – bəyanat bu sözlərlə bitir.

Ana səhifəDünyaKabil hava limanında 5 nəfərin öldüyü bildirilir