Jurnalistin 24 sutka həbs edildiyi bildirilir

”Onun harada saxlanması barədə dəqiq məlumat yoxdur”

Source:


”Onun harada saxlanması barədə dəqiq məlumat yoxdur”

İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllının 24 sutka həbs edildiyi bildirilir. Bu barədə məlumatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı paylaşıb. O, Elçin İsmayıllının Bakıya gətirlidiyini deyir:

“Amma onun harada saxlanması barədə dəqiq məlumat yoxdur. Məlumatı dəqiqləşdirmək üçün çalışmalar isə nəticə vermir. Əldə etdiyimiz məlumata görə, E.İsmayıllıya 24 sutka inzibati həbs cəzası verilib”.

Elçin İsmayıllı fevralın 17-də yaşadığı evdən çıxdıqdan sonra geri dönməyib. Ayın 17-dən 18-nə keçən gecə saat 2 radələrində polis və prokurorluq əməkdaşlarından ibarət 8 nəfərlik qrup onun kirayədə qaldığı evdə  axtarış aparıblar. Əməliyyatçılar jurnalistin evindən kompyuterini və sənədlə aldığı ov tüfəngini götürüblər. Elçin İsmayıllı AXCP Ali Məclisinin İsmayıllıdan seçilmiş üzvüdür.

Ana səhifəXəbərlərJurnalistin 24 sutka həbs edildiyi bildirilir