Jurnalist həbsində Rusiya xüsusi xidmət orqanlarından şübhələnir

Rauf Mirqədirov hələ də ifadə verməkdən imtina edir

Source:


Rauf Mirqədirov hələ də ifadə verməkdən imtina edir

Aprelin 30-da vəkil Fuad Ağayev Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan “Zerkalo” qəzetinin icmalçısı, tanınmış jurnalist Rauf Mirqədirovla görüşüb.

Bu barədə Meydan TV-yə məlumat verən Fuad Ağayev bildirdi ki, jurnalist Rauf Mirqədirov həbsinin Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsi olduğunu düşünür: “O, mənə həbsinin niyə Rusiya xüsusi xidmət orqanlarının fəaliyyəti hesab etdiyi barədə bir iki kəlmə danışdı, amma onun dediklərini mətbuata şərh etmək istəmirəm”.

Vəkilin sözlərinə görə, jurnalistin səhhəti normaldır, amma o, indiyə qədər yaxınları ilə telefon əlaqəsi yaradılmaması və görüş verilməməsindən narazıdır: “Bir məqamı da xatırladım ki, bugünə qədər 3 dəfə dindirmə olsa da, jurnalist ifadə verməkdən imtina edib. Biz bu imkanın yaradılması üçün məsələ qaldırmışıq, hələ gözləyirik”.

Jurnalist Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub və Bakıda həbs edilib. R.Mirqədirov  “dövlətə xənayət”də ittiham edilir.

Ana səhifəXəbərlərJurnalist həbsində Rusiya xüsusi xidmət orqanlarından şübhələnir