Səxavət Məmməd məhkəmədə

Mənbə: meydan tv

Başlıq: Səxavət Məmməd məhkəmədə

Jurnalist 10 sutkalıq inzibati həbs edilib

Məqalə yeniləndi:  27 May 2019

İşlədiyi redaksiya səbəb kimi aliment vermədiyini bildirib

Ağdam Rayon Məhkəməsinin qərarı ilə mayın 27-də “Yeniçağ” saytının müxbiri Səxavət Məmməd 10 sutka inzibati cəza alıb.

Prosesə hakim Elşad Bayramov sədrlik edib.

Səbəb kimi jurnalistin bloqunda “Trollara cavab: Qələbə üçün ilk zərurət - Nəcməddin Sadıkov yerinə hansı fərarini gətirir?” başlıqlı yazısı göstərilir.

Meydan TV-yə jurnalistin çalışdığı “Yeniçağ.az” saytının redaksiyasından məlumatı təsdiqləyiblər.

Ancaq “Bizimyol.info”-nun əldə etdiyi məlumata görə, jurnalistin həbsinə səbəb onun 3 min manat məbləğində aliment borcu olmasıdır. Jurnalist borcu ödəyəcəyini bildirsə də, məhkəmə onun barəsində inzibati həbs qərarı çıxarıb.

Redaksiya “Bizimyol.info”-nun məlumatını təsdiqləyib:

“Səxavət Məmməd məhkəmədə də, ötən həftənin sonunda da alimentin yarısını ödəməyə hazır olduğunu bildirmişdi. Ancaq keçmiş həyat yoldaşının birgə yaşadığı valideyinləri evlərini dəyişdiyindən onları tapa bilməyib. Bu gün də məhkəmədə alimenti verməyə hazır olduğunu söyləsə də, nəzərə alınmayıb. Halbuki, Prezident İlham Əliyev bir neçə ay əvvəl cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncam imzalayıb”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 May 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/q5gmmj

Ən çox baxılan