İstanbulda yanğın: 25 nəfərin öldüyü bildirilir (yenilənib)

Foto: Hakan Akgun/Anadolu

Əyləncə mərkəzində baş verən yanğında ölənlərin sayı 29-a çatıb.


Son məlumata görə, gecə klubunda baş verən yanğında 27 nəfər həyatını itirib. Eyni zamanda, 5 nəfər haqqında həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Hadisə ilə bağlı açıqlama verən İstanbul valisi Davud Gül yanğının səbəbinin bəlli olmadığını söyləyib:

“Təmir işləri gedirdi. Həyatını itirənlər təmir üçün çalışanlardır”.

Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabından açıqlamasında hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Ədliyyə naziri Yılmaz Tunç yanğınla bağlı 5 nəfər haqqında isə həbs qərarı verildiyini açıqlayıb.


Əkrəm İmamoğlu hadisə yerinə gedib

Aprelin 2-də İstanbulda gecə klubunda yanğın baş verdiyi bildirilir.

Qeyd olunur ki, Beşiktaş rayonunda 16 mərtəbəli binanın altında yerləşən əyləncə mərkəzinin təmiri zamanı baş verən yanğında 25 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

İstanbul valiliyinin yerli mediaya verdiyi məlumata görə, yanğın saat 12:47-də baş verib.

İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu hadisə yerinə gedərək yanğının nəzarət altına alındığını açıqlayıb.

Ə.İmamoğlu bildirib ki, təmir üçün müraciət olmayıb.

Ana səhifəDünyaİstanbulda yanğın: 25 nəfərin öldüyü bildirilir (yenilənib)