İslam Kərimov son mənzilə yola salınır

İslam Kərimov doğulduğu Səmərqənd şəhərindəki, Şahi-Zinda adlı qədim məzarlıqda, valideynlərinin yanında dəfn olunub.

Source:

İslam Kərimov doğulduğu Səmərqənd şəhərindəki, Şahi-Zinda adlı qədim məzarlıqda, valideynlərinin yanında dəfn olunub. Məzarlıq tarixi əhəmiyyətə malikdir və son 20 ildə orada heç kəs basdırılmayıb. Səmərqənddə mərhum prezidentin cənazəsini minlərlə sakin qarşılayıb. Ölkədə 3 günlük matəm elan edilib.

İslam Kərimovun ölüm xəbəri rəsmən sentyabr ayının 2-də təsdiqlənib. 78 yaşlı prezidentin beyin qansızmasından sonra xəstəxanaya yerləşdirilməsi haqda məlumat əvvəlcədən rəsmi olaraq xəbər verilmişdi. Qeyri-rəsmi məlumatlara əsasən isə avqustun 30-u dünyasını dəyişdiyi bildirilmişdi.

25 ildir hakimiyyətdə olan Kərimovun dəfn mərasiminə 17 ölkədən, o cümlədən Mərkəzi Asiya dövlətlərindən, Gürcüstandan, Əfqanıstandan, Cənubi Koreya, Belorus və Ukraynadan nümayəndə heyəti gəlib.

Azərbaycandan isə dəfn mərasimində parlamentin sədri Oqtay əsədov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə iştirak edirlər.

Rusiya prezidenti Vladimir Putin dəfn mərasiminə işinin çoxluğu ilə əlaqədar getməyib. Rusiya nümayəndə heyətinə baş nazir Dmitry Medvedev başçılıq edir.


Fotolar: Associated Press və Reuters agentliklərinə məxsusdur.

Ana səhifəFotoreportajİslam Kərimov son mənzilə yola salınır