İrəvan Teatrında “Soyqırımı tarixinin dastanı” tamaşası

Tamaşa Ermənistan ordusunun və Rusiyanın 366-cı hərbi alayının Azərbaycanın Xocalı şəhərində 1994-cü il fevralın 26-da törətdiyi faciədən bəhs edir.

Source: google.az


Tamaşa Zəngilan rayon Mədəniyyət Evində təqdim olunub

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Soyqırımı tarixinin dastanı” tamaşası ilə çıxış edib.

Tamaşa Masazır qəsəbəsindəki Zəngilan şəhərciyində fəaliyyət göstərən Zəngilan rayon Mədəniyyət Evində təqdim olunub.

Tamaşanın quruluşçu rejissoru, tərtibatçı rəssamı və xoreoqrafı, əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda aktyorlar Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Sevinc Hüseynova, Bəhruz Hikmətoğlu, Rövşən Cəfərov, Arzuman Tanrıverdi, Səbinə İmamverdiyeva, Pərvin Dadaşova, Xədicə Məmmədova, Anar Buludov, Zəki Fətəliyev və Güney Əliyeva çıxış ediblər.

Tamaşa Ermənistan ordusunun və Rusiyanın 366-cı hərbi alayının Azərbaycanın Xocalı şəhərində 1994-cü il fevralın 26-da törətdiyi faciədən bəhs edir.

Ana səhifəMədəniyyətİrəvan Teatrında “Soyqırımı tarixinin dastanı” tamaşası