İqtisadçı: Dövlət Komitəsi yalan məlumat yayır

“Heç şübhə etmirəm ki, prezident İlham Əliyevin masasının üzərinə də belə yalan məlumatlar ötürülür”

Source: meydan tv


“Elektrik enerjisinin istehsalı artmayıb, azalıb”

Azərbaycanda bu ilin yanvar-iyun dövründə 12 373,1 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə azdır.

Dövlət Statistika Komitəsinin açıqladığı

məlumat

da isə bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur.

Ancaq komitənin rəsmi saytında ötən ilin yanvar-iyun dövründə 12 715,7 milyon kVt-saat elektrik enerjisi istehsal edildiyi

bildirilir

.

İqtisadçı Nemət Əliyev komitənin yaydığı statistikaya inanmır. Deyir ki, qurum dolandırıcılıqla məşğuldur:

“Dolandırıcılıqla gözə kül üfürmək olar, amma tənəzzüldən çıxmaq olmaz”.

İqtisadçının fikrincə, hər iki dövrə dair yayılan rəsmi hesabatlardan görünür ki, bu ilin 1-ci yarımilində ölkə üzrə elektrik enerjisinin istehsalı 342,6 milyon kVt-saat və ya 2,7 faiz azalıb: “Lakin baş statistik yazılı şəkildə ictimaiyyətə məlumat verib ki, guya elektrik enerjisinin istehsalı bu il 2,7 faiz artıb. “2,7% artım” haqqında məlumatın keçərli olması üçün gərək komitənin elektrik enerjisinin istehsalına dair ötən il açıqladığı göstəricini 668 milyon kVt-saat, yaxud da 5,5 faiz azaldasan. Bu halda da ötən ilin məlumatları saxta çıxır”.

Nemət Əliyev
Nemət Əliyev

Nemət Əliyev deyir ki, bir sözlə, Dövlət Statistika Komitəsi ya ötən il yalan məlumat açıqlayıb, ya da indi yalan danışır: “Hər şeyi qatıb-qarışdırıb. Güman ki, bu, bilərəkdən təşkil olunub. Heç şübhə etmirəm ki, prezident İlham Əliyevin masasının üzərinə də belə yalan məlumatlar ötürülür və iqtisadiyyatın tənəzzüldən çıxması haqqında yanlış fikirlər də bu cür dolandırıcı yollarla ortaya çıxarılır”.

Bir müddət öncə Beynəlxalq Enerji Agentliyi (IEA) "Azerbaijan 2021: Energy Policy Review" adlı

hesabat

yayımlamışdı.

Hesabatda bildirilirdi ki, Azərbaycanda mövcud alternativ enerji mənbələrinin potensialı böyükdür və günəş enerjisinin texniki potensialı 23 giqavatt, külək enerjisi 3 giqavatt, kiçik su elektrik stansiyaları, geotermal enerji və bioenerjinin potensialı 1 giqavattdır. Belə potensial olsa da, ölkədə elektrik enerjisi istehsalında günəş və külək enerjilərinin payı cəmi 0.5 faizdir.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Dövlət Komitəsi yalan məlumat yayır