İqor Popov: ”Baş verənlərə qiymət vermək hələlik tezdir”

Rasim Ağayev: “Mən yalnız həmsədrlərdən obyektiv qiymət gözləmişəm, ancaq onu da etmirlər”

Source:
Ceyms Uorlik və İqor Popov
Ceyms Uorlik və İqor Popov
Ceyms Uorlik və İqor Popov
Ceyms Uorlik və İqor Popov


Rasim Ağayev: “Mən yalnız həmsədrlərdən obyektiv qiymət gözləmişəm, ancaq onu da etmirlər”

“Biz prezident, xarici işlər naziri və müdafiə naziri ilə görüşdük, həm hərbi, həm də mülki vətəndaşların ölümü ilə bağlı başsağlığı verdik. Bakıya belə mesaj gətirdik ki, danışıqlarda irəliləyişə nail olmaq, itkilərin baş verməməsi üçün atəş dərhal dayandırılmalıdır”.

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Diplomat bildirib ki, görüşlərdə danışıqların bərpa olunması və münaqişənin davamlı həllinin vacibliyini vurğulayıblar: “Bunları Ermənistanda da deyəcəyik”.

C. Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin atəşkəsə hazır olmaları barədə bəyanatlarını alqışladıqlarını deyib: “Ümid edirik ki, bu, cəbhəboyu gərginliyi azaldacaq. Tərəflər atəşkəsə hörmət və əməl etməyincə, danışıqlarda siyasi irəliləyişdən söhbət gedə bilməz. ABŞ daim ATƏT-in Minsk qrupunu dəstəkləyir və istəyir ki, sülhə nail olmaq üçün danışıqlar baş tutsun. ABŞ-da ali rütbəli məmurlar da birbaşa bu prosesə daxil olub, atəşkəsin bərpa olunmasına çağırışlar ediblər. Baş verən gərginlik göstərdi ki, artıq davamlı sülhə nail olmaq üçün danışıqları davam etdirməyin vaxtı çatıb. Bunun üçün hər iki ölkə rəhbərləyinin siyasi iradəsi olmalıdır”.

Rusiyalı həmsədri İqor Popov  isə belə insidentlərin bir daha təkrarlamasına imkan verməməyi vacib sayıb. O, bu barədə ümumi fikir olduğunu söyləyib.

Ancaq o, baş verənlərə qiymət verməyun hələlik tez olduğunu bildirib.

“Biz Ermənistan rəhbərliyi ilə görüşüb, yekun olaraq geniş bəyanatla çıxış edəcəyik. Bu gün Azərbaycan prezidenti ilə məsələni geniş müzakirə edib, onun mövqeyini dinlədik. Bundan başqa, Azərbaycanın Müdafiə Nazirliyində olub, nazirin fikrini öyrəndik. Danışıqlar sabah digər tərəflə də aparılacaq”,-deyə Popov əlavə edib.

Həmsədrlərin açıqlamalarını Meydan TV-yə şərh edən politoloq Rasim Ağayev bildirib ki, həmsədrlərin fikirlərini hərbi qiymət verməyin çətin olması bağımından doğru saymaq mümkündür. Amma siyasi qiymət vermək onların borcudur: “Hər şey bəllidir, xəritə göz önündədir və Ermənistanın da aqressiv bəyanatlarını hər gün eşidirlər”.

Rasim Ağayev Minsk Qrupunu səlahiyyətsiz hesab edir: “Mən yalnız həmsədrlərdən obyektiv qiymət gözləmişəm, ancaq onu da etmirlər”.

Rasim Ağayev
Rasim Ağayev

Siyasi şərhçi düşünür ki, Moskva və Vaşinqton Ermənistan hakimiyyətinə həddən artıq qayğıkeş yanaşır: “Bu yanaşmanın nəticəsində indiki vəziyyət yaranıb. 1988-ci ildən sonra Moskva və Vaşinqton İrəvana sərt reaksiya versəydilər, onlar işğalçılıq siyasətləriyılə fəxr etməzdilər. Yaxşı, Moskvanı anladıq, İrəvanın müttəfiqidir, bəs Vaşinqton, onlar nədən ehtiyatlanırlar? Erməni lobbisindənmi?  Bu yalandır! Əgər Amerika erməni lobbisiylə işləyən 4-5 konqresmendən qorxursa, Cənubi Qafqaza niyə gəlib, yaxud nə üçün münqaişələrin həllinə müdaxilə edir?”.

Ana səhifəXəbərlərİqor Popov: ”Baş verənlərə qiymət vermək hələlik tezdir”