İngiltərə vətəndaşından Əliyevə çağırış: ”Yol hərəkətini düzəldin”

”Tez-tez qəzalar baş verir, əsas səbəb də maşınların pis və diqqətsiz idarə edilməsi, yol hərəkəti qaydalarına davamlı əməl olunmamasıdır”

Source:


”Tez-tez qəzalar baş verir, əsas səbəb də maşınların pis və diqqətsiz idarə edilməsi, yol hərəkəti qaydalarına davamlı əməl olunmamasıdır”

Azərbaycanda yol hərəkətini təkmilləşdirin. Ötən il Bakıda yol qəzasında həlak olmuş britaniyalının ailəsi Azərbaycan hökumətinə və «Formula-1» yarışlarının prezidenti Bernie Ecclestone-a belə bir çağırış edib.

Micah Maxwell-Milne ötən il Avropa Oyunları zamanı Bakıda çalışırdı. O, gecə növbəsindən qayıdarkən içində olduğu avtomobil mikroavtobusla toqquşub. 23 yaşlı britaniyalı Avropa Oyunları mərasimlərində prodakşn qrupunun üzvü idi.

Maxwell-Milne-nin anası deyir ki, «Formula-1»in rəhbəri Ecclestone və ölkənin idman rəsmiləri yol hərəkəti təhlükəsizliyini gücləndirməkdən ötrü maarifləndirmə işləri aparmalıdırlar. Jennifer Maxwell-Milne Bakıda sürücülük vəsiqələrinin küçədə satıldığını eşitdiyini söyləyir. Onun fikrincə, bu ölkəyə səyahət edənlərin təhlükəsizliyini qorumaqdan ötrü çox iş görülməlidir.

Ailə Britaniya Xarici İşlər İdarəsinin Azərbaycanda yol hərəkəti ilə bağlı tövsiyəsinə istinad edir. Tövsiyədə deyilir ki, bu ölkədə maşınların çoxu pis durumdadır, sürücülük standartları pozulur. «Tez-tez qəzalar baş verir, əsas səbəb də maşınların pis və diqqətsiz idarə edilməsi, yol hərəkəti qaydalarına davamlı əməl olunmamasıdır».

Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci il hesabatına görə, Azərbaycanda hər 100 min nəfərdən 10-u yol qəzalarında həlak olub. Böyük Britaniyada bu rəqəm 2.9-dur.

Xanım Maxwell-Milne birinci ledi Mehriban Əliyevaya da yazıb, onu dəyişiklik etməyə səsləyib: «Cənab Ecclestone və bu yay «Formula-1» yarışlarına gedəcək azarkeşlər də daxil, minlərlə turistin təhlükəsizliyinə cavabdeh olanları çağırırıq ki, idmanın nüfuzu hesabına yol hərəkəti qaydalarını gücləndirsinlər».

Mikroavtobus sürücüsünə qarşı məhkəmə işində Micah-ın valideynlərini Clare Campbell adlı vəkil təmsil edir. «Faciədir. İstedadlı, valideynlərinin, bacısının həddən çox sevdiyi, karyerasında hörmət qazanmış bir gənc yol qəzasında həlak olur», – vəkil söyləyib.



azadliq.org

Ana səhifəXəbərlərİngiltərə vətəndaşından Əliyevə çağırış: ”Yol hərəkətini düzəldin”