İlkin Süleymanova hökm oxundu – 18 il

İlkin Süleymanov. Foto: Meydan TV

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 2020-ci il yanvarın 6-da kənddə yandırılmış meyitin tapılmasıyla bağlı iki ildir davam edən məhkəmə prosesi yekunlaşıb. Azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanova hökm oxunub.

Foto: Meydan TV

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə o, 18 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidi.

Ana səhifəBölgəİlkin Süleymanova hökm oxundu – 18 il