İlk qadın maşın ustası

Nüşabə Ağayeva Rusiyada tibbi təhsili alıb.

Source:
Hər bir işin çətinliyi var, əgər işi sevib işləyəcəksənsə, o, çətinlik olmayacaq
Hər bir işin çətinliyi var, əgər işi sevib işləyəcəksənsə, o, çətinlik olmayacaq

Nüşabə Ağayeva Rusiyada tibbi təhsili alıb. Amma öz ixtisası üzrə işləmir. İki övlad anası olan Nüşabə xanım hazırda Bakıda avtomobillərdə sürət qutusunun təmiri ilə məşğuldur. Onun sözlərinə görə, əvvəllər Vüsal adlı ustanın yanında motorist şagirdi olub. Daha sonra işin incəliklərini Sərdar ustadan öyrənməyə başlayıb:

“Uşaqlıqdan maşınlara həvəsim olub. Zaman məni elə gətirdi ki, maşın təmiri istiqamətinə yönəldim. Başlanğıcda Vüsal usta öyətdi, daha sonra Azərbaycanın ilk sürət qutusu ustası olan Sərdar usta məni daha da irəli çəkdi. İşin incəliklərini öyrətdi”.

Nüşabə Ağayeva deyir ki, ağır, yaxud asan olmasına baxmayaraq, həmişə işə usta kimi yanaşır: “Maşın qutusunu təmir etmək çox çətindir. Qadın olmağıma baxmayaraq, işə həmişə usta tərəfdən yanaşmışam və işi məsuliyyətlə görmüşəm”.

Nüşabə xanımın çoxlu qadın müştərisi var ki, onlar maşını təmir etmək üçün məhz onun yanına gətirirlər. İşi keyfiyyətli gördükdə başqa insanlar da ona müraciət edir.

Nüşabə Ağayeva hazırda Azərbaycanda ilk qadındır ki, maşının sürət qutusunu təmir edir: “Azərbaycanda ilk, bəlkə də son qadınam ki, bu sahədə çalışıram. İnanmıram işin ağırlığına görə hansısa qadın gəlib bu sahədə çalışsın”.

Nüşabə xanım hələlik Azərbaycanda ilk qadındır ki, bu sahədə çalışır
Nüşabə xanım hələlik Azərbaycanda ilk qadındır ki, bu sahədə çalışır
Maşınlar üçün lazım olan ehtiyat hissələri
Maşınlar üçün lazım olan ehtiyat hissələri
Nüşabə xanım maşın üçün lazım olan dərmir parçasını əyir
Nüşabə xanım maşın üçün lazım olan dərmir parçasını əyir
Hər bir işin çətinliyi var, əgər işi sevib işləyəcəksənsə, o, çətinlik olmayacaq
Hər bir işin çətinliyi var, əgər işi sevib işləyəcəksənsə, o, çətinlik olmayacaq

Ana səhifəFotoreportajİlk qadın maşın ustası