İlham romantik oğlandır

Bu arzu onu uzun illər yaşadacaq…

Source:



Redaksiyadan: Seymur Həzi məhkəmədə vaxt tapıb dostları ilə görüşüb. Azadlıqdakı dostlarına, əməkdaşı olduğu qəzetə şifahi təbrik göndərib. Dostları bu təbriki yazıya köçürərək, onu redaksiyamıza göndəriblər.

Azadlıqda olan dostlarıma, azadlıqdakı insanlara iki təbrikimi çatdırmaq istəyirəm. Qarşıdan Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bütün dostlarımın bayramlarını təbrik edirəm! Mən burda bu bayramları necə keçirəcəyəm, bu barədə təsəvvürüm yoxdur, amma sizlərə heç nəyə baxmayaraq, şən, şux bayramlar arzu edirəm.

Keçək ikinci təbrikə. Bu günlərdə doğma “Azadlq” qəzetinin, bizim “Azadlığ”ımızın 25 yaşı tamam oldu. El dili ilə desək, 25 yaş bir igidin ömrüdür.

Əvvəlcə bir neçə kəlmə “Azadlıq” haqqında…

“Azadlıq”! İndi yaralarının qaysağı qurumadan döyüşən cəngavərdir o! Üstündəki qan izləri ölkəsinin tale yollarıdır. Durmadan vuruşur. Aldığı zərbələr onu gücləndirir. İtirdiyi qan Azərbaycanın indiki tarixini yazan mürəkkəbdir. Azərbaycanı günəşli, yağmurlu bir cənnətə aparmaq üçün savaşırsan sən. O yağmurlu gündə yaralarının yeri Azərbaycan tarixinin ən gözəl naxışları olacaq. 25 yaşlı cəngavər- əziz “Azadlıq”, sən min yaşayacaqsan!

Bu təbrik gecikib. Məlum səbəblərdən gec çatdırıram. Amma eybi yoxdur. Sən ki, hər gün döyüşürsən. Deməli, bu təbriki də hər gün haqq edirsən! Hər gün təbrik, hər gün alqış, sənin haqqındır!

Eşitdim ki, bir əməkdaşımız, dostum İlham Hüseyn bir məqalə yazıb. Məqaləsində bildirib ki, mənimlə güləşib, qalib gəlmək kimi bir arzusu var. Bu barədə ancaq belə deyə bilərəm. İlham çox romantik oğlandır. Mənə qalib gəlmək arzusu ona uzun illər yaşamağa kömək edəcək.

Ana səhifəMənim Fikrimcəİlham romantik oğlandır