İlham Əliyev Vaşinqtona növbəti səfəri üçün pul ödəyib

Podesta Group şirkəti Kerri və Əliyevin görüşünə çalışıb

Source:
İlham Əliyev və Con Kerri
İlham Əliyev və Con Kerri

Podesta Group şirkəti Kerri və Əliyevin görüşünə çalışıb

Prezident İlham Əliyevin bu yaxınlarda Vaşinqtona səfəri zamanı dövlət katibi və ABŞ-ın digər liderləri Azərbaycanda hüquq və azadlıqların boğulması faktlarını, əsasən də “Azadlıq” radiostansiyasının bağlanmasını açıq tənqid  etməyiblər.

Turan İA yazıb ki, Bakı maksimum əlverişli atmosferi təmin etmək məqsədilə lobbi qruplarından istifadə edib. Belə ki, iki müxtəlif mənbə Turan İA-nın müxbirinə bildirib ki, lobbiçilər Kerri və Əliyevin görüşünün təşkilindən ötrü çox səy göstəriblər.

İ.Əliyevin səfəri nüvə təhlükəsizliyi sammitində iştirakla bağlı olsa da Azərbaycan səfirliyi və Amerikanın aparıcı Podesta Group şirkəti arasındakı sövdələşmə buna kömək edib.

Xəbər verildiyi kimi, bu lobbi qrupu Azərbaycan hakimiyyətinin Vaşinqtonda bəzi nüfuzlu şəxslərə çıxışına zəmanət verir. Həmin xidmətlərin qiyməti ayda   50 000 $-dır.

İ.Əliyevin Vaşinqtona səfərindən sonra Azərbaycan səfirliyi “əlavə xidmət”ə görə Podesta Group ilə 70 000 $ həcmində yeni müqavilə imzalamağa tələsib.

Dövlət Departamentinin materiallarına görə, lobbiçilər 6 aprel 2016-cı ildən 2016-cı il iyulun sonunadək əlavə xidmətləri yerinə yetirməlidir.

Podesta nümayəndələri baş verənlərlə bağlı şərh verməkdən imtina ediblər.

Podesta  Group-un rəhbərləri Toni və Con Podestadır. T.Podesta Hillari Klintonun prezident kampaniyasının iştirakçısı, C.Podesta isə  prezident Barak Obamanın keçmiş müşaviri, Hillari Klintonun seçki kampaniyasının rəhbəridir.

Ana səhifəXəbərlərİlham Əliyev Vaşinqtona növbəti səfəri üçün pul ödəyib