Rövşən Rüstəmov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olundu
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev iyunun 14-də sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rövşən Rüstəmov Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.
Rövşən Rüstəmov bu təyinata qədər “Azərkosmos” ASC-nin sədr müavini vəzifəsində çalışıb.
Elmir Vəlizadə 2007-ci ildən nazir müavini postunu tuturdu.
Yanvarın 26-da Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunan Rəşad Nəbiyevin üç müavini var: Əli Abdullayev 1-ci müavin, Rəhman Hümmətov və Rövşən Rüstəmov müavin vəzifələrini daşıyır.