Mehdi Səlimzadə 2016-cı ildən Göyçayın icra başçısı idi
Mehdi Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev fevralın 28-də sərəncam imzalayıb.
Mehdi Səlimzadə 2016-cı ilin iyununda Göyçay rayonuna icra başçısı təyin edilib.
Həmin ilə qədər M. Səlimzadə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri olub.