İlham Əliyevin 16 oktyabrda keçirdiyi müşavirə

Mənbə: Foto: Azərtac

Başlıq: İlham Əliyevin 16 oktyabrda keçirdiyi müşavirə

İlham Əliyev: Biz orta aylıq pensiyanın həcminə görə MDB-də üçüncü yerdəyik

İqtisadçı: “200 manat minimum pensiya üçün kifayət qədər aşağı məbləğdir”

“Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir. Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir”.

Prezident İlham Əliyevin sözləridir. O, bu sözləri oktyabrın 16-də keçirdiyi iqtisadi müşavirədə söyləyib. 2019-cu ilin ilk 9 ayının sosial-iqtisadi göstəricilərini müsbət adlandıran ölkə başçısı Azərbaycanda olan orta aylıq pensiyadan da danışıb:

“Biz orta aylıq pensiyanın həcminə görə MDB-də üçüncü yerdəyik. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür”.

Oktyabrın 1-dən Azəraycanda pensiyaların minimum məbləği artıb. 25 faizlik artımla minimum pensiya 160 manatdan 200 manata qalxıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, artım 660 min pensiyaçını əhatə edib. Buna görə 216 milyon manat, oktyabr-dekabr ayları üçünsə 62 milyon manat xərclənəcək.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, yeni artım 2013-cü illə müqayisədə 10 dollar aşağıdır. İqtisadçı təklif edir ki, 2020-ci il yavarın 1-dən pensiyaların minimum məbləği 250 manata qaldırılsın ki, yaşlı əhali heç olmazsa, 2013-cü il səviyyəsində təqaüd ala bilsin:

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: Foto: Meydan tv

“2013-cü ildə Azərbaycanda minimum pensiya 100 manat idi. Çevirəndə 127 dollar edirdi. İndi minimum pensiyanı qaldırıb, 200 manat edilər. Bu məbləğ isə hazırkı kursla 117 dollar edir. Yəni 2013-cü illə müqayisədə 10 dollar azdır”.

Qubad İbadoğlu deyir ki, əslində 200 manat özü də minimum pensiya üçün kifayət qədər aşağı məbləğdir. Çünki son 5 ildə bir neçə dəfə devalvasiya olub və manat xeyli dəyər itirib:

“Nəticədə, dollara çevirəndə indiki artımlı minimum pensiya əvvəlki aşağı minimum pensiyadan az çıxır. Bu illər ərzində ərzaq, dərman, nəqliyyat və başqa sahələrdəki qiymət artımlarını nəzərə alsaq, aşağıdır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/t9r0kz

Ən çox baxılan