IDI Parlament seçkiləri ilə bağlı media monitorinqini açıqladı

252 saatlıq zaman kəsiyində iqtidar və onu dəstəkləyən tərəfin əleyhinə sayıla biləcək məlumat olmamış, balanslı, tərəflərin fikirlərinə yer verən informasiya və ya veriliş də heç bir televiziya kanalında müşahidə edilməyib

Source:


252 saatlıq zaman kəsiyində iqtidar və onu dəstəkləyən tərəfin əleyhinə sayıla biləcək məlumat olmamış, balanslı, tərəflərin fikirlərinə yer verən  informasiya və ya veriliş də heç bir televiziya kanalında müşahidə edilməyib



Meydan tv Demokratik Təşəbbüslər İnstitutunun 1 noyabr seçkiləri ilə bağlı KİV-də apardığı monitorinqi təqdim edir:

Monitorinq 8 oktyabrdan, yəni təşviqatın başlaması günündən 28-dək olan günləri, cəmi 21 günü əhatə edib və zaman dilimləri ayrılaraq hər televiziya üçün ayrıca göstərilib.

Təşviqat dövründə dövlət televiziyası Az TV rəsmi olaraq təşviqat apara bilməzdi. İctimai Teleradio isə həm pulsuz, həm də pullu efir vaxtı vermə hüququna və vəzifəsinə malik idi. Lakin 2010-cu ildə hər namizədə verilən 4 dəqiqəlik efir vaxtına hüquqi baxımdan heç bir dəyişiklik olmasa da, bu dəfə imkan verilmədi. Beləliklə, İTV-də Az TV kimi ödənişsiz efir vaxtı verməkdən imtina edən tərəf oldu. Bu qərar TV-nin olmadı. MSK bu istiqamətdə keçən seçkidə qərar vermişdi. Lakin, bu il belə bir qərar qəbul etmədi. Seçki Məcəlləsinin 77-ci maddəsinə əsasən sadəcə 60 dairədə namizədi qeydiyyata alınmış partiya olan YAP-ın ödənişsiz efir vaxtından istifadə etmə hüququ yaranırdı. Onlar isə bu üstünlüklərindən könüllü imtina etdilər. Beləliklə, cəmiyyət, seçicilər ölkə üzrə ən geniş informasiya mənbəyi olan TV-lərdən seçki prosesini, namizədlərin kimliyini, platformalar haqqında məlumatları eşitmək və görməkdən məhrum edildilər. Ödənişli efir vaxtının verilməsi də özəl televiziyalar tərəfindən rədd edildi. Onlar da seçki prosesində təşviqat platforması kimi iştirakdan imtina etdilər. Sadəcə İTV ödənişli efir vaxtının veriləcəyini elan etdi. Onun prime-time`da təklif etdiyi qiymət bir dəqiqə üçün 3540 manat təşkil etdi. Beləliklə, deputat olmaq istəyən namizəd 5 dəqiqəlik efir vaxtı üçün seçiləcəyi halda bir illik əməkhaqqını öncədən ödəməli idi. Ümumiyyətlə, bir dəqiqənin qiyməti ölkədə minimum aylıq əmək haqqının dəyərindən 34 dəfə yüksək müəyyən edilmişdir. Bu səbəblə də bütün təşviqat dönəmində heç bir namizəd bu imkandan istifadə etmədi. Beləliklə, televiziya rəhbərliyi yüksək qiymət müəyyən edilməsinin başlıca səbəbi olan heç bir namizədin efirdən istifadə etməməmsi hədəfinə çatmış oldu. Namizədlər bütün təşviqat dönəmində nə monitorinq aparılan  televiziyalarda, nə digər televiziya və radiolarda seçki təşviqatı apara bilmədilər.

Monitorinq qeyd edildiyi kimi, axşam saat 19:00-23:00 arasında olduğundan, 21 gün ərzində cəmi bu vaxtın miqrarı 252 saat edir. (907200 saniyə). Bu zaman kəsiyində monitorinq edilən verilişlərdə və proqramlarda mahiyyəti üzrə qiymətləndirməyə alınan müddət cəmi 30 saat 57 dəqiqə 21 saniyə (111441 saniyə) olmuşdur. Bu isə ümumi vaxtın 11%-dən çox edir.

Bütün televiziyalarda 252 saatlıq  müddətdə   cəmi 30 saat, 57 dəqiqə, 21 saniyə seçki prosesi ilə əlaqələndirilən yaxud seçkilərdə seçicilərə təsir etmək qabiliyyəti olan ictimai-siyasi informasiyalara yer verilmişdir. Bu bütün prime-time vaxtının 11 %-ini əhatə edir.

Cəmi 30 saat, 57 dəqiqə, 21 saniyə informasiyanın, 06:06:09-u (21969-saniyə) təşviqat dönəmində 4 televiziyanın  maarifləndirici xarakterli məlumatları olmuşdur. Bu ümumi məlumatların 19,71%-ni təşkil edir ki, bu da keçən aydakına nisbətdə, iki dəfədən çox artıb.

30 saat, 57 dəqiqə, 21 saniyə informasiyanın böyük əksəriyyəti, 24 saat 42 dəqiqə, 15 saniyəsi (88935-saniyə)iqtidar və onu dəstəkləyən tərəfin lehinə gedən informasiyaları əhatə etmişdir. Bu isə bütün informasiyanın təxninən 79,80 %-i əhatə edir.

252 saatlıq prime-time vaxtında sadəcə 99 saniyə (0,1%) informasiya müxalifətin lehinə sayılacaq informasiya olmuşdur. Bu isə Musavat Partiyasının seçkilərdən çəkilməsinə dair partiya divanının qərarı haqqında ANS TV-nin məlumatı olmuşdur. Ümumi məlumatların 7 dəqiqə 18 saniyəsi (438-saniyə) müxalifət və onun dəstəkləyənlərin əleyhinə olmuşdur. Bu isə cəmi 0,4% təşkil edir.

252 saatlıq zaman kəsiyində iqtidar və onu dəstəkləyən tərəfin əleyhinə sayıla biləcək məlumat olmamış, balanslı, tərəflərin fikirlərinə yer verən  informasiya və ya veriliş də heç bir televiziya kanalında müşahidə edilməmişdir. Bu dövr rəsmi təşviqat dönəmi olmasına baxmayaraq, monitorinq edilən heç bir televiziyada birbaşa ödənişli təşviqat matrealına rast gəlinməmiş, lakin iqtidar və onu dəstəkləyən tərəflərin  lehinə ödənişsiz gen-bol informasiyalar verilmişdir.


İnformasiyaların Televiziyalar arasında paylaşımı

Ümumi informasiyaların içərisində  sentyabr ayından fərqli olaraq ən böyük pay Az TV-yə deyil, İTV-yə düşür. Monitorinqdə qiymətləndirilən informasiyaların 46%-i İ TV –nin payına düşür.  Bu onu göstərir ki, İTV dövlət televiziyasını siyasi təbliğat prosesində keçməyə nail olub. 2-ci yer AzTV-nin payına düşür. Az TV 44% -lik payla İTV-dən sonrakı yeri tutur. İki özəl telekanalın payı cəmi 10 %-dir. Bu 10%-lik hissənin 7%-i ATV-nin, 3%- isə  ANS-in payına düşür. ANS öz payını dəyişdirməsə də, ATV-də keçən aya nisbətdə 3%-lik artım var.


İnformasiyaların siyasi tərəflərə görə paylaşımı

İnformasiyaların siyasi tərəflərə görə qiymətləndirilməsinə gəldikdə, marifləndirici xarakteri olmayıb, konkret tərəflərin lehinə olan informasiyaların çəkisi əzici çoxluqda olmuşdur. Ümumilikdə 24 saat 50 dəqiqəlik informasiyanın heç bir saniyəsi iqtidar və onu dəstəkləyən tərəfin əleyhinə olmamışdır. Müfalifətin əleyhinə olan informasiyaların çəkisi də çox cüzidir və əslində görünən siyasi təbliğatda müxalifətin olmaması fikrini oturtmaq məqsədi ilə mümkün olduğu qədər əleyhinə informasiyalar da verilməmişdir. 21 gün ərzində müxalifət əleyhinə verilən məlumatın [if gte vml 1]>

Ana səhifəXəbərlərIDI Parlament seçkiləri ilə bağlı media monitorinqini açıqladı