İcra başçısı haqqında həbs-qətimkan tədbiri seçildi

Prosesə hakim Anar Tanrıverdiyev sədrlik edib.

Source: Foto: google.az


Prezident Mahir Quliyevin vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb

Aprelin 30-da Səbail Rayon Məhkəməsi Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev haqqında 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Prosesə hakim Anar Tanrıverdiyev sədrlik edib.

Dövlət başçısı

İlham Əliyev

bu gün Mahir Quliyevin vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.

Yerli medianın məlumatına görə aprelin 29-da Dövlət Təhlükəsizlik Xidməti (DTX) Biləsuvar rayonunda əməliyyat keçirib və icra başçısı da daxil olmaqla bir sıra rəhbər şəxslər həbs edilib. Ancaq DTX bu barədə hələ rəsmi məlumat yaymayıb.

Ana səhifəSiyasətİcra başçısı haqqında həbs-qətimkan tədbiri seçildi