İbtidai sinif müəllimi koronavirusdan həyatını itirib

Yerli mətbuatın yaydığı məlumatlara əsasən, son 1 ayda COVİD-19-dan ölən müəllimlərin sayı 10-a çatıb.


Məktəblərdə davamiyyətin aşağı olduğu, bu səbəbdən uşaqların peyvəndə cəlb edildiyi bildirilir

Bakı şəhəri 236 saylı orta məktəbin müəllimi Gülpəri Əliyevanın koronavirusdan vəfat etdiyi bildirilir. Yerli mətbuatın yaydığı məlumatlara əsasən, son 1 ayda COVİD-19-dan ölən müəllimlərin sayı 10-a çatıb.

Məktəbdən Meydan TV-yə faktı təsdiqləyiblər və bildiriblər ki, G.Əliyev ibtidai sinif müəllimi olub.

Azərbaycanda orta məktəblərin ibtidai siniflərində dərslər sentyabrın 22-dən, 5-11-ci siniflərdə isə sentyabrın 29-dan başlayıb. Rəsmi statistikaya görə, dərslər başlayandan indiyədək ölkə üzrə 19 məktəb, 89 min 674 sinifin 505-də koronavirus

aşkarlanıb

. 2494 təhsil işçisi koronavirusa yoluxub. Səhiyyə və Təhsil nazirlikləri 12 yaşından yuxarı yeniyetmələrin peyvənd olunmasını tövsiyə edir. Təhsil işçilərinə isə üçüncü doza ilə peyvəndlənmə tələb olunub.

Nazirliyin adının açıqlanmasını istəməyən əməkdaşı bildirib ki, dərslərdə davamiyyət aşağıdır. Buna görə də məktəb rəhbərlərinə tapşırıqlar verilib ki, uşaqları peyvənd olunmağa cəlb etsinlər.

Ana səhifəSağlıqİbtidai sinif müəllimi koronavirusdan həyatını itirib