Hotellər QHT-lərin üzünə qapanıb

Hotellərdən narazılığını ifadə edən cəmiyyət sədri Şəhla İsmayılova münasibəti siyasi qərarla əlaqələndirir

Source:


Hotellərdən narazılığını ifadə edən cəmiyyət sədri Şəhla İsmayılova münasibəti siyasi qərarla əlaqələndirir

Mariott Hoteli əvvəlcədən razılaşma olmasına baxmayaraq Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin (RİUQC) aprelin 16-a təyin olunmuş tədbirinin keçirilməsinə icazə verməyib.

Bu barədə Meydan TV-yə danışan cəmiyyətin sədri Şəhla İsmayılova deyib ki, onlar bir ilə yaxındır Marşal Fondunun maliyyə dəstəyi ilə qadınların sülh işi uğrunda rolu haqqında layihə həyata keçirirlər. Layihənin “Yol xəritəsi” olan yekun sənədində 27 ildə Ermənistanda və Azərbaycanda qadınların sülh quruculuğundan rolunu qabardan hansı işlərin görülməsi hesabatı təqdim olunacaqdı. Tədbirə Almaniya, ABŞ, Hollandiya, Avropa İttifaqı səfirləri də gələcəkdi.

Ş.İsmayılova hotellə müqavilələrinin olmadığını dedi: “Məsələ ondadır ki, bu günə qədər üç tədbir keçirmişik, hər dəfə müqavilə imzalamağı tələb etsək də, qarşı tərəf yekun tədbirə qalmağı istəyərək imtina edib. Buna görə ödəniş də etmədik, amma yerlərin tutulması razılığı olmuşdu. Təsəvvür edin ki, iş saatının bitməsinə 1 saat qalmış zəng edib tədbirin təxirə salındığını dedilər. Səbəb kimi göstərdilər ki, bir təşkiat 10 gün tədbir keçirir, indi bir gün də artırır və sizin zalı istəyir, imtina edə bilmirlər. Biz razılaşmağını xatıradanda, “yox, onlar bizim üçün çox önəmli müştəridir” deyib müqaviləmizin olmadığını yada saldılar. Amma mən müqaviləni özlərinin istəmədiyini və tədbir günü imzalayacaqlarını söyləsəm də, hotelin direktoru Nisə xanım razılaşmadı. Ona dedim ki, direktor olaraq nüfuzunuz barədə düşünməlisiniz, əks təqdirdə, bu, siyasi qərardır. Nisə xanımdn tədbirin təxirə salınmasını qərarını istəsəm də, o, “başqa məsələlər var, deyə bilmirəm” söyləyərək məsələdən yayındı”.

Ş.İsmayılova baş verən hadisəni ümumi tendensiyanın tərkib hissəsi saydı. Onun sözlərinə görə, son vaxtlar QHT-lərə tədbir keçirmək üçün yer vermirlər: “İki gün əvvəl Atropaten Hotelində Almaniya Fonduna tədbir keçirməyə icazə verməyiblər, daha öncə Sabit Bağırov iqtisadi islahatlarla bağlı tədbir keçirmək istəyib, amma 1 saat qalmış zəng edib təxirə salındığını deyirlər. ParkİNN hotelinə də müraciət etmişdik, amma alınmadı. Sonda Mariott Hoteli ilə danışığa başladıq, şübhələrim əsassız deyil, çünki qarşı tərəf 10 günlük  yazışmalarla bizi doladı və iş gününün bitməsinə 1 saat qalmış zəng edib tədbirin təxirə salınmasını söyləmələri artıq izah olunmazdır. 2 saat onlarla danışıq aparsaq da, israrlarımız nəticəsiz qaldı”.

QHT rəhbəri hesab edir ki, son hadisə onlar üçün bir “dərsdir”: “Bundan sonra pulu ödəyib müqavilə imzalamağı tələb edəcəyik. Çünki Azərbaycanda kişi sözü artıq işlənmir, bu söz mənasını itirib. İkinci, Mariott Hotelini hər yerdə biabır edəcəyik”.

Ana səhifəXəbərlərHotellər QHT-lərin üzünə qapanıb