Hoteldə 170 nəfər girov götürüldü (yenilənir)

Silahlılar hotelə “Allahu – Əkbər” qışqıra-qışqıra daxil olublar

Source:



19.23.

Hotelində girov saxlanılanların bir hissəsi azad olunub. “Reuters”ə istinadən verdiyi məlumata görə, silahlılar onları “Quran”dan sitat gətirə bildikləri üçün sərbəst buraxıblar.



17.35.

Malinin paytaxtı Bomako şəhərində “Radisson” hotelində saxlanılan girovlardan 5 nəfəri Türkiyə Hava Yolları (THY) şirkətinin əməkdaşıdır.


APA-nın DHA-ya istinadən xəbərinə görə, THY əməkdaşları artıq azad olunublar. Onlar Türkiyə vətəndaşları olan pilot və digər ekipaj üzvləridir.



15.56.

Malinin paytaxtı Bamako şəhərində “Radisson Blue” mehmanxanasında silahlıların girov götürdüyü 170 nəfərin 15-i yerli xüsusi təyinatlı polis dəstəsinin keçirdiyi əməliyyat nəticəsində azad edilib.


“Report” xəbər verir ki, bu haqda “Sky News Arabia” telekanalı məlumat yayıb.


Məlumata görə, girov götürülənlər arasında Türkiyə, Fransa və Çin vətəndaşları da var.


Silahlılar hotelə “Allahu – Əkbər” qışqıra-qışqıra daxil olublar

Malinin paytaxtı Bomako şəhərində silahlı şəxslər “Radisson” otelində 170 nəfəri girov götürüblər.

APA-nın RIA “Novosti”yə istinadən verdiyi məlumata görə, girovlardan 140-ı qonaq, 30-u isə hotel əməkdaşıdır.

Hotelə giriş və çıxış qadağan edilib.

“Reuters”in məlumatına görə, silahlılar hotelə “Allahu – Əkbər” qışqıra-qışqıra daxil olublar. Hüquq-mühafizə orqanlarının qüvvələri hoteli mühasirəyə alıblar. Hazırda hotel binasında atışma gedir.

Yerli təhlükəsizlik xidmətinin nümayəndəsi hoteldə 10-a yaxın silahlı şəxsin olduğunu bildirib.

Ana səhifəXəbərlərHoteldə 170 nəfər girov götürüldü (yenilənir)