2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda 25 jurnalist həbs edilib. Səbəbi haqqında verilən bütün izahlar demək olar ki, eynidir:
“Azərbaycanda tənqidi medianı, həqiqəti göstərən güzgünu görmək istəmirlər”.
Bəs müstəqil mediası sıradan çıxarılan cəmiyyəti nələr gözləyir?
– “Müstəqil mediası olmayan cəmiyyət nə ətrafında baş verənlərdən tam xəbərdar ola biləcək, nə də öz problemini işıqlandırmağa yer tapa biləcək”.
– “Hökumətdən maliyyələşən media cəmiyyətin yox, onlara pul ayıran hakimiyyətin istədiyini çəkib, yazıb göstərir. Onlar üçün hazırlanan hazır şablon mətnlərdən kənara çıxa bilmirlər”.