Heykəltaraşlıqdan oymaçılığa

Rafael Əzimzadə 1989-cu ildə doğulub.

Source:

Rafael Əzimzadə 1989-cu ildə doğulub. O, İncəsənət Gimnaziyasında heykəltaraşlığı bitirsə də, rəssamlığa meylli olub. Əsgərlikdən qayıtdıqdan sonra – 2009-cu ildə oymaçılıqla məşğul olan usta tapıb. Ondan oymaçılığı öyrənib:

“Oruc ustanı əsgərlikdən döndükdən sonra tanıdım. Üç ilə yaxın şagirdi oldum və xırda detallarda işləməyi öyrəndim. Həmin vaxtdan bu işi sevə-sevə görürəm”.

Rafael bir işi hazırlamağa 4-5 gün sərf edir. Qiymətlər də işə görə dəyişir. 100-400 manat arası ola bilir:

“Qıraqdan baxana adi görünə bilər. Əslində isə böyük səbr və iradə tələb edir. Bəzən müştərilər də anlamır, endirim tələb edirlər. Müştəriyə yüksək qiymət demək də istəmirəm. Ancaq materialın bahalığı və işləmə müddəti məni buna məcbur edir”.

Ana səhifəFotoreportajHeykəltaraşlıqdan oymaçılığa