Heydər Əliyevin heykəlini yazan gəncin həbsdə ölümü: İntihar ya sui-qəsd?

Həbsdə olan AXCP üzvü Elbəyi Kərimli dekabrın 11-dən 12-nə keçən gecə saxlanıldığı 2 Saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində intihar edib. Aktivistin intihar xəbərinin məhz 12 dekabra təsadüf edilməsi birmənalı qarşılanmır.

Sosial şəbəkələrdə onun sui-qəsdə uğraması da istisna edilmir. Partiya funksioneri, Elbəyi Kərimlinin öldüyü 2 saylı həbsxanada 3 il cəza çəkən siyasi məhbus Aqil Əli Məhərrəm deyir ki, təkcə 2 saylıda yox, bütün həbsxanalarda vəziyyət belədir ki, intihar etmək istəyən yolunu tapıb edə bilər. Amma Elbəyi Kərimli bu vaxta qədər etdiyi telefon zənglərində hər hansı şikayətinin olduğunu deməyib:

“Hansı şəraitdə ölməsindən asılı olmayaraq, bu ölümdə məsuliyyət hakimiyyətin üzərindədir. Sistemin çürüklüyü, siyasi məhbusları ölümə sürükləyir”.

Ana səhifəVideoHeydər Əliyevin heykəlini yazan gəncin həbsdə ölümü: İntihar ya sui-qəsd?