Siddiqə Alışova 1953-cü ildə Masallıda anadan olub. Həsir toxumağa isə 1974-cü ildən başlayıb. Nəsildən-nəsilə ötürülən bu sənəti daşıyan Siddiqə xanım, hazırda Masallıda tanınmış həsirçilərdən sayılır.
Yay aylarında sifariş çox olduğundan demək olar ki, günü çox hissəsini həsir hazırlamaqla keçirir. Gün ərzində 4-5 həsir hazırlaya bilir. Bir həsiri hazılamaq üçün 2 saata qədər vaxt tələb olunur.
Sifarişləri daha çox qonşu ölkələrdə yaşayan azərbaycanlılar verir. Siddiqə xanım deyir ki, həsirə tələbat ona görə var ki, “evi nəmişlikdən qoruyur və sərin saxlayır”. Həsirin də uzunluğundan asılı olaraq qiyməti 7 manatdan 50 manataq qədər dəyişir.